• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ: həm prezident, həm də…

  • 28 Oktyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Dünyanın səsiŞərhXəbər

Noyabrın 3-ü ABŞ-da ümummilli səsvermədir. Novator.az bildirir ki, prezident və vitse-prezidentlə yanaşı Konqresin yuxarı palatasının – Senatın 35 üzvü, alt qanadı – Nümayəndələr Palatası, bəzi ştat və ərazilərdə qubernatorlar, həmçinin yerli özünüidarəetmə orqanları seçiləcək.

100 yerlik Senatda indi Respublikaçılar Partiyasının 53, Demokratlar Partiyasının 45 nümayəndəsi var.

435 nəfərlik Nümayəndələr Palatasında demokratlar 232, respublikaçılar 197 konqresmenlə təmsil olunur.

Prezident seçkisinin əsas namizədləri Respublikaçılar Partiyasından dövlət başçısı Donald Tramp, Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Baydendir.

Vitse-prezident postu uğrunda respublikaçı Mayk Penslə demokrat Kamala Harris mübarizə aparır.

50 ştat və 1 federal dairədən ibarət ABŞ-da prezidenti seçki günü müəyyənləşən xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası yekun qərar verməli və həmin qərar Konqresin iclasında təsdiqlənməlidir.

Donald Tramp 1946-cı ildə doğulub. 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub.

2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib, həmin qərar Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.

Cozef Bayden 1942-ci ildə doğulub. 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.

1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.

2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

Düşmən Bərdəni yenə raketlə vurub

  • 28 Oktyabr 2020
  • comments

Koronavirus: ölənlərin sayı 700-ü haqlayır

  • 28 Oktyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda