Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 48221 nəfərə, xəstəlikdən ölənlərin sayı 656 nəfərə çatıb. Oktyabrın 23-də belə hesabat yayan Nazirlər Kabineti yanında operativ qərargah aktiv xəstə sayını 6734 nəfər göstərir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 57, oktyabrda 65 xəstə vəfat edib.