Mərkəzi Bank 1, 5 və 50 manatlıq pul nişanlarını yeniləyib. Yeni pul nişanları 1 yanvar 2021-ci ildən tədavülə buraxılacaq. Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və məhdudiyyətsiz istifadə ediləcək.