Kipr türklərinin yeni lideri
- 19 Oktyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Dünyanın səsiManşetXəbər
Şimali Kipr Türk Respublikasında prezident seçkisi başa çatıb. Novator.az-ın məlumatına görə, oktyabrın 18-də keçirilmiş ikinci turda 51,7 faiz səs yığan baş nazir Ersin Tatar prezident Mustafa Akıncını məğlub edərək dövlət başçısı seçilib.
1960-cı il təvəllüdlü Ersin Tatar Böyük Britaniyanın Kembric Universitetini iqtisadçı ixtisası ilə bitirib. Milli Birlik Partiyasının sədridir. 2009-2013-cü illərdə maliyyə naziri olub. Baş nazir postunu 2019-cu il mayın 22-dən tutur.
1983-cü il noyabrın 15-də qurulan Şimali Kipr Türk Respublikasını yalnız Türkiyə müstəqil dövlət kimi tanıyır.