Oktyabrın 12-də Ermənistanın Konstitusiya Məhkəməsinə yeni sədr seçilib: Arman Dilanyan.
Novator.az bildirir ki, 1974-cü il təvəllüdlü Arman Dilanyan Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi olan Arman Dilanyan 2018-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür.
Ermənistanın ana qanununa 2015-ci ildə salınaraq 2018-ci ildə tam qüvvəyə minmiş normaya (213-cü maddə) görə, 9 nəfərdən ibarət Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət müddəti 12 ildən artıq ola bilməz. Ancaq bu norma əvvəllər təyin olunmuş hakimlərə aid edilməyib.
2018-ci ildə baş nazir postuna Nikol Paşinyan keçəndən hökumətlə Konstitusiya Məhkəməsi ilə hökumət arasında ziddiyyətlər yaşanıb. Konstitusiya Məhkəməsinin tərkibini yeniləmək üçün bu il aprelin 5-nə referendum təyin olunub, ancaq koronavirus pandemiyası buna imkan verməyib.
İyunun 3-də parlament referendumun ləğvi və ümumxalq səsverməsinə çıxarılan məsələnin həllinin ali qanunverici orqana ötürülməsini nəzərdə tutan layihəni qəbul edib.
İyunun 22-də parlament konstitusiyanın 213-cü maddəsinin dəyişməsinə səs verib.
İyunun 23-də prezident Armen Sərkisyan 3 və 22 iyun layihələrini imzalayıb, iyunun 26-da ana qanun dəyişikliyi rəsmiləşib, 12 ildən artıq Konstitusiya Məhkəməsinin hakimi olmuş Qrant Nazaryan, Feliks Toxyan, Alvina Gülumyanın səlahiyyətlərinə və 2018-ci ildən quruma başçılıq edən Qrayr Tovmasyanın sədrliyinə xitam verilib.
Ermənistan parlamenti sentyabrın 15-də Konstitusiya Məhkəməsinin üç hakimini seçib. Gizli səsvermədə hökumətin namizədi Edqar Şatiryan, prezidentin namizədi Artur Vaqarşyan və Hakimlərin Ümumi Şurasının namizədi Yervand Xundkaryan Konstitusiya Məhkəməsinə təyinat alıblar.
Ermənistan niyə referenduma gedir?
Referendumun qrafiki bəlli oldu
Ermənistan parlamenti yeni səlahiyyət əldə etdi
Ermənistan Konstitusiyası necə yenilənir?