Ermənistan parlamenti yeni səlahiyyət əldə etdi
- 03 İyun 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Bu il aprelin 5-i Ermənistanda referendum keçirilməli idi. Ancaq koronavirus pandemiyası buna imkan vermədi.
Novator.az bildirir ki, referendumda ölkənin ana qanununa Konstitusiya Məhkəməsinin tərkibinin buraxılması imkanı verən dəyişiklik edilməsi planlaşdırılırdı. Hakimiyyətin ideyası olan yenilik reallaşsa, Konstitusiya Məhkəməsinin 7 üzvünün, o cümlədən sədr Qrayr Tovmasyanın səlahiyyətlərinə xitam veriləcəkdi.
Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Uzun müddətdir bu qurumla Ermənistan hökuməti arasında ziddiyyətlər yaşanır.
İyunun 3-də Ermənistan parlamenti referendumun ləğvi və ümumxalq səsverməsinə çıxarılan məsələnin həllinin ali qanunverici orqana ötürülməsini nəzərdə tutan layihəni qəbul edib.
Parlamentdə çoxluq əksəriyyəti baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” blokunun əlindədir.
Nikol Paşinyan hakimiyyətə xalq inqilabı dalğasında gəlib. O, 2018-ci il mayın 8-dən baş nazirdir.