Rəsmi hesabata görə, Azərbaycanda 41982 nəfər koronavirus infeksiyasına yoluxub, onların 609-u dünyasını dəyişib, 2016-sı aktiv xəstədir, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 57, oktyabrda 18 xəstə koronavirusun qurbanı olub.
Novator.az yaxın ölkələr üzrə itkilərə də nəzər salıb:
İran – 28544 ölüm
Rusiya – 22722
Türkiyə – 8837
Ukrayna – 5015
Qazaxıstan – 1746
Moldova – 1461
Qırğızıstan – 1090
Ermənistan – 1026
Belarus – 896
Özbəkistan – 507
Litva – 103
Gürcüstan – 92
Tacikistan – 79
Estoniya – 68
Latviya – 40.