• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri

  • 10 Oktyabr 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Oktyabrın 10-da prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Bakıda birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC-ın məlumatına görə, Hikmət Hacıyev bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşünün yekununda cəbhədə atəşkəslə bağlı bəyanat qəbul olunsa da, ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və mülki azərbaycanlılara qarşı hücumları davam edir: “Bu, açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir və humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir”.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyildi, status-kvonu qoruyub saxlamaq siyasəti yürüdürdü: “Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi danışıqlar prosesinə zərbə idi. Ermənistanda bəziləri özlərini hələ də qalib saymağa, işğalı davam etdirməyə çalışırdılar. Azərbaycanın əks-hücumu nəticəsində Ermənistanın illüziyaları darmadağın edildi. Ermənistan silahlı qüvvələrinə 10 gün ərzində böyük zərbə vuruldu. Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. Ermənistan o hərbi sistemi, infrastrukturu 30 il ərzində formalaşdırmışdı. Ermənistanın hücumlarına yenə də cavablar verilir”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu əməliyyatla status-kvonu dəyişdirdi: “Artıq Azərbaycan bir çox torpaqlarını geri qaytarıb. Təmas xətti yoxdur. Beynəlxalq çağırışlara uyğun olaraq atəşkəs rejimi bərpa olunub. Ancaq Ermənistan bu vəziyyətdən də sui-istifadə edərək Azərbaycana qarşı təxribatlarını davam etdirir”.

Sülhə məcburetmə əməliyyatının birinci mərhələsinin başa çatdığını qeyd edən prezidentin köməkçisi deyib: “Beynəlxalq ictimaiyyətin çağırışına cavab olaraq ali baş komandanın tapşırığı ilə xarici işlər naziri Moskvada danışıqlarda iştirak etdi. Müvəqqəti atəşkəs Cenevrə Konvensiyasından da irəli gələn addımdır. Ancaq Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alırlar”.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, 10 gün ərzində Cəbrayıl şəhərinin və onun kəndlərinin, eyni zamanda Dağlıq Qarabağda Hadrut yaşayış məntəqəsinin və ətraf kəndlərin işğaldan azad edilməsi Ermənistana böyük psixoloji zərbədir.

Prezidentin köməkçisi həmçinin vurğulayıb: “Münaqişələr yalnız hərbi yolla deyil, eyni zamanda, siyasi-diplomatik vasitələrlə həll edilir. Ermənistan-Azərbaycanın münaqişəsinin Azərbaycanın maraqları əsasında həll edilməsi üçün hərbi-siyasi və diplomatik fəaliyyət səmərəli və düşünülmüş şəkildə aparılmalıdır.

Siyasi baxımdan Ermənistanın danışıqlar prosesində şərtləri diktə etməsi və işğalın nəticələrini siyasi vasitələrlə möhkəmləndirmək cəhdlərinin qarşısı alındı. Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı. Ermənistan baş naziri Azərbaycana şərt qoyurdu ki, qondarma rejim danışıqlar prosesində iştirak etməlidir.

Ermənistan xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə birlikdə Moskvada danışıqlarda iştirak etməsi və humanitar atəşkəs barədə bəyanatı qəbul etməsi Ermənistanın münaqişə tərəfi kimi rolunun bir daha təsbit olunmasıdır. 1994-cü ilin atəşkəs haqqında sənədini Ermənistan həmişə öz bildiyi kimi təhrif edirdi”.

Prezidentin köməkçisi xatırladıb ki, Moskvada qəbul edilmiş bəyanatla humanitar əsaslarla müvəqqəti atəşkəs elan olunub: “Hərbi əməliyyatların gedişində humanitar atəşkəsin elan olunması təcrübəsi var. Bu müddət ərzində döyüş meydanında həlak olan hərbi qulluqçuların cənazələri götürülür, yaralılara yardım göstərilir”.

Hikmət Hacıyev vurğulayıb ki, atəşkəs, xüsusilə də humanitar atəşkəs sülh deyil və ola da bilməz: “Humanitar atəşkəsin elan olunmasının ardınca dərhal mahiyyətli danışıqlar başlanmalıdır. Danışıqlar prosesinin yol xəritəsi hər kəsə məlumdur. Azərbaycan buna hazırdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatından çıxış edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. Yaranmış vəziyyətin münaqişənin köklü həllinə və regionda davamlı sülhün təmin olunmasına doğru istiqamətləndirmək lazımdır”.

Hikmət Hacıyev həmçinin bildirib: “Azərbaycana müxtəlif təzyiqlər var və prezident, ali baş komandan İlham Əliyev bu təzyiqlərə mərd-mərdanə sinə gərməkdədir. Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Bizim məqsədimiz ərazi bütövlüyümüzü təmin etməkdir. Əgər Ermənistan humanitar əsaslarla olan bu atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə hüququndan istifadə etməklə cavab vermək məcburiyyətindədir. Əgər Ermənistan işğaldan azad edilmiş ərazilərimizin yenidən işğal edilməsinə cəhd edərsə, yenə də öz layiqli cavabını alacaq”.

Hikmət Hacıyevin fikrincə, baş verənlər bir daha onu göstərir ki, vəziyyətin hər zaman gərginləşməsi baş verə bilər: “Bütün resurslar işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına hədəflənməlidir. Bundan sonra regionda davamlı sülh təmin oluna bilər”.

Ceyhun Bayramov deyib ki, 10 gün ərzində aparılan əməliyyatlar zamanı hərbçilər və mülki şəxslər həlak olub: “Eyni zamanda əsir götürülmüş hərbçilər var. Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı çağırışlar edilirdi ki, humanitar atəşkəs elan olunsun. Rusiya prezidentinin təşəbbüsü əsasında Moskvada xarici işlər nazirlərinin görüşündə əsas məqsəd humanitar atəşkəsin təmin olunması idi. Ancaq buna baxmayaraq, ermənilər təxribatları davam etdirirlər”.

Ceyhun Bayramov qeyd edib ki, ötən günlər ərzində Rusiya prezidenti Vladimir Putin xüsusi təşəbbüslə çıxış edib, Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə razılıq əldə olunub: “Oktyabrın 9-da Moskvada bununla bağlı müvafiq sənəd imzalandı. Sənəddə həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və saxlanılmış digər şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, mürəkkəb, spesifik əməliyyatdır və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə həvalə edilib. Hələ ki, bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub”.

Moskvada qəbul olunmuş bəyanatda Azərbaycanın üstünlüyünün aydın göründüyünü deyən nazir bildirib: “Həmin bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz qaldığını qəbul etməyə məcbur oldu.

Ceyhun Bayramov xatırladıb ki, Moskva görüşündən əvvəl onun Cenevrədə Minsk qrupunun həmsədrləri ilə görüşü olub. Nazir deyib ki, status-kvo dəyişməli idi, amma bunun üçün Ermənistana təzyiqlər edilmirdi: “Həmsədrlərlə danışıqlarda aydın oldu ki, onlar da bunu başa düşürlər. Bu, Ermənistan üçün də zəruridir. Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur. On gün ərzində həyata keçirilən əməliyyatlar bir sıra istiqamətlərdə prosesin sürətlə irəli aparılması üçün zəmin yaradır”.

Qarşıda böyük məqsəd və hədəflərin olduğunu vurğulayan nazir bildirib: “Buna nail olmaq üçün bütün imkanlarımızdan istifadə edərək sistemli şəkildə addımlar atmalıyıq”.

Humanitar atəşkəsin müddətinə toxunan Ceyhun Bayramov diqqətə çatdırıb ki, burada hər hansı bir müddət yoxdur: “Əsas proses Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən həyata keçiriləcək. Cəsədlərin götürülməsinin və girovların dəyişdirilməsinin nə qədər vaxt aparacağını həmin təşkilat deyə bilər”.

Ceyhun Bayramovun sözlərinə görə, Ermənistan çox qısa müddətdə baza prinsipləri əsasında substansiv danışıqların aparılması öhdəliyini üzərinə götürüb: “Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında qazandığımız uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin. Həmçinin Ermənistan danışıqlar zamanı özlərinin təhlükəsizliyini təmin etmək üçün şərtlər qoyurdu. Lakin biz bunu qəbul etmədik və bildirdik ki, bu məsələlər Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxandan sonra həll edilə bilər”.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, Azərbaycan torpaqlarının işğalına başlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirib, Cəbrayıl şəhəri və həmin rayonun bir çox kəndi, Füzuli, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.

Oktyabrın 9-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Zöhrab Mnasakanyan Moskvada bir araya gəliblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə keçirilən görüş 11 saata yaxın çəkib. Oktyabrın 10-na keçən gecə başa çatan görüşdə atəşkəs razılığı əldə olunub. 10 oktyabr saat 12:00-dan başlayan atəşkəs rejiminin məqsədi hərbi əsirlər və digər saxlanan şəxslərin, ölənlərin meyitlərinin dəyişdirilməsidir. Başqa bir razılığa əsasən, Azərbaycanla Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə və tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə dinc həlli üçün substantiv danışıqlara başlayırlar.

Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Qrupun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Sülh danışıqları prinsipləri Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə (əvvəl Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, sonra Kəlbəcər rayonunun, daha sonra Laçın rayonunun) Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.

Cəbhədə gərginlik

Şiddətli döyüşlər gedir

Prezidentin xalqa müraciəti

Təhlükəsizlik Şurası toplanıb

Hərbi vəziyyət elan edilir

Komendant saatı gəlir

Komendant təyinatı, qismən səfərbərlik

Komendant saatında hərəkət: rəsmi qərar verildi

Füzuli döyüşləri, sərhəddə atəş

BMT baş katibinə deyilənlər

“Azərbaycan onlara yerini göstərəcək”

Merkellə telefon söhbəti

Cəlladlar peyda olur

Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib

“Rossiya 1”ə deyilənlər

Müdafiə Nazirliyinin zərbə hesabatı

Atəşkəs şərti

Yaralıları ziyarət, yeni mesajlar

Avropa İttifaqı rəhbəri ilə danışıq

16 mülki şəxs həlak olub

Arif Hacılının təklifləri

Üçlükdən atəşi dayandırmaq təklifi

Vahid Qazinin İsveç qəzetinə müsahibəsi

Ordu irəliləyir

Dağıntı və itki hesabatı

İsa Qəmbərdən həmsədrlərə cavab

Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”

Madagiz bizdədir!!!

Cəbhədə yeni qələbələr

Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu

Xalqa müraciət

“Ermənistan rəhbərliyi yaxşı düşünsün”

“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə

Ermənistandan raket atəşi

Atəşin qurbanları

Cəbrayıl

Prezident: “Sona qədər irəliyə gedəcəyik”

Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu

Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb

Suqovuşan rəsmiləşir

Çavuşoğlu ilə görüş

Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın

İşğal bölgəsi üzrə əhali

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Putinlə müzakirə

Dinc əhaliyə zərbələr

Putin Qarabağdan danışıb

Suqovuşan qanunu imzalandı

“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”

“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”

Mərkəzi Komanda Məntəqəsində

“İndi Azərbaycan özü status-kvonu dəyişir”

Dinc əhali: 31 ölüm qeydə alınıb

Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib

Putin atəşkəs təklif edir

Müdafiə Nazirliyinin döyüş hesabatı 

Atəş altında

“Bu, Ermənistanın növbəti təxribatıdır”

İsveçdə yanlış Qarabağ təsəvvürü

Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu

Prezident İlham Əliyevin xalqa müraciəti

“Ermənistan prezidentinin dedikləri feykdir” 

Razılaşma

Eldar Həsənov – 65

  • 10 Oktyabr 2020
  • comments

İki oyun, bir hesab

  • 10 Oktyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda