• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsveçdə yanlış Qarabağ təsəvvürü

  • 09 Oktyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

Nərgiz Qazi
Lund Universitetinin tələbəsi

Bir neçə gün əvvəl İsveç parlamenti üzvlərinin Dağlıq Qarabağ münaqişəsindən danışarkən böyük yanlışlığa yol verdiklərini gördüm. Bunu bilərəkmi edirlər, yoxsa doğrudan da həqiqəti bilmirlər, demək çətindir.

İsveç parlamentinin bəzi üzvləri ermənipərəst mövqe tutur və hökumət rəsmilərinə birtərəfli suallar göndərərək cəmiyyətdə anti-Azərbaycan və antitürk fikirlər yaratmağa çalışırlar. Eyni xoşagəlməz vəziyyətə İsveç mətbuatında da tez-tez rast gəlinir. Erməni mənbələrindən götürülən yalanlara əsaslanaraq səhv məlumatlar yayırlar və bu da İsveçdə ictimai rəyi yanlış tərəfdən formalaşdırır.

Mənim narahatçılığım əsasən tarixin saxtalaşdırılması ilə əlaqədardır. Bu insanlardan soruşmaq istəyərdim: Dağlıq Qarabağ və Arsax sözlərinin nə demək olduğunu və bu sözlərin etimologiyasını bilirsinizmi?

Bu gün ermənilər Dağlıq Qarabağa Arsax deyirlər. Arsax ərəb işğalından əvvəl xristian ölkəsi olan Qafqaz Albaniyasına (M.Ö. 400-M.S. 800) aid 12 vilayətdən biri idi. 9-cu əsrdə Qafqaz Albaniyası işğal edildi və bölgədə islamlaşma tətbiq olundu.

Erməni etimologiyasında Arsax, alban və Qarabağ sözləri yoxdur – hər üçünün Azərbaycan türkcəsində mənaları var.

Rusiya 1813-cü ildə Azərbaycanı işğal etdikdən sonra yeni sərhədlərində xristian icması yaratmaq üçün İrandan və Orta Şərqdən erməniləri indiki Ermənistan ərazisinə və Dağlıq Qarabağ bölgəsinə köçürməyə başladı. O zamanlar Aleksandr Qriboyedov Rusiyanın Tehranda səfiri idi. Qriboyedovun rus çarına yazdığı məktublar bir milyondan çox erməninin köçürüldüyünə ən böyük sübutudur. İrəvan, Qarabağ, Naxçıvan xanlıqları və digər 8 xanlıq 19-cu əsrdə Rusiyanın işğal etdiyi Azərbaycan əraziləri idi, qalan 10 xanlıq isə bugünkü İranda yerləşir.

Çarın əmri ilə 1836-cı ildə alban kilsələri rəsmi olaraq ermənilərə verildi. Ermənilər bundan sonra alban kilsələrini və abidələrini öz adlarına çıxaraq min illər boyu sahibi olduqlarını iddia etməyə başladılar.

***

Azərbaycan xalqı dəfələrlə indiki Ermənistan ərazisindən deportasiya edilib. Sonuncu və ən böyük etnik təmizləmə 1988-ci ildə baş verdi. 1988-ci ildən sonra indiki Ermənistanda bir nəfər Azərbaycanlı qalmayıb.

Rus imperiyası dövründə başlayan antitürk və anti-Azərbaycan siyasətini SSRİ dövründə kommunistlər davam etdirdi. Kommunistlər Qarabağı iki yerə böldülər və 1923-cü ildə Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtariyyət yaratdılar. Zəngəzuru Ermənistana bağışladılar, 1929-cu ildə isə Mehri rayonunu Ermənistana verməklə Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasındakı sərhədləri yox etdilər. Mehri Azərbaycanın ana torpağını Naxçıvan bölgəsi ilə birləşdirən yeganə dəhliz idi. Xəritəyə baxdıqda Ermənistanın Azərbaycanla Türkiyə arasında yerləşdiyi və ortada ayırıcı obyekt olduğu aydınca görünür. Rusiya və Ermənistanın məqsədi Türkiyə ilə Azərbaycan arasındakı tarixi əlaqələri pozmaq idi.

Fakt budur ki, kommunistlər Qarabağ problemini həll etmədilər, sadəcə dondurulmuş vəziyyətdə saxladılar. Sovet İttifaqının süqutu ilə don əriməyə başladı və qanlı bir müharibəyə çevrildi.

Otuz il əvvəl Sovet İttifaqının süqutundan sonra Litva, Latviya və Estoniya kimi Qafqaz ölkələrinin də Qərb inteqrasiyası yolu tutması hədəfimiz idi. Azərbaycan Qafqaza sülh və rifah vəd edən neft kəmərlərini ən qısa yolla – Ermənistan yolu ilə çəkməyi təklif edirdi. Təəssüf ki, Ermənistan Rusiyaya vassal dövlət olmağı seçdi və işbirliyinə gəlmədi.

İsveç ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və münaqişənin dinc yolla həll edilməsi üçün məsuliyyət daşıyır. Təəssüf ki, Minsk qrupunun 28 illik atəşkəs siyasəti münaqişənin həllində uğur qazana bilmədi.

Niyə?

Erməni lobbisinin dünyada güclü olduğu üç ölkə var: ABŞ, Fransa və Rusiya. Hər üç ölkə Minsk qrupunun həmsədridir. Rusiya Ermənistana hərbi dəstək verdi, ABŞ və Fransa isə səssiz tamaşaçı oldu.

1 yanvar 2021-ci ildən İsveç ATƏT-ə sədrlik edəcək. İsveç həmçinin ATƏT-in Minsk qrupunun üzvü kimi Qarabağda sülh və təhlükəsizlik qaydalarının qorunması üçün məsuliyyət daşıyır. Belə bir durumda parlamentdə erməni tərəfdarı deputatların olması, mətbuatda bəzən qərəzli, çox vaxt da birtərəfli mövqelərin işıqlandırılması məni ümidsiz hisslərə bürüyür.

Fransa prezidenti Makronun Qarabağla bağlı açıqlaması, guya Qarabağa islamçı terrorçuların gətirildiyini deməsi bir vaxtlar dünya mətbuatının “İraqda kimyəvi qırğın silahları var” yalanını yadıma saldı. Dünya bu yalana inandı, İraq xarabazarlığa çevrildi. Amma o silahlar tapılmadı.

Bu gün beynəlxalq təşkilatlar Dağlıq Qarabağda atəşkəs çağırışı edirlər. Azərbaycan artıq 30 ildir bu münaqişəni sülh yolu ilə həll etməyə çalışıb.

Onu da qeyd etmək istərdim ki, Ermənistan hərbi qüvvələri öz raketlərini cəbhə xəttindən uzaq olan Azərbaycanın digər şəhər və kəndlərinə atır. Gəncə, Mingəçevir (Mingəçevirdə bir su elektrik stansiyası var), Beyləqan, Tərtər, Bərdə, Xızı rayonlarını və Abşeron yarımadasını atəşə tutur. Mülki əhali arasında ölənlər və yaralananlar var.

Ermənilər 1992-ci il Xocalı qırğınında olduğu kimi faşist üsullarla Azərbaycan xalqı arasında qorxu yaratmaq üçün dəhşətli videolar paylaşırlar. Əgər Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsini həll etməkdirsə, o zaman niyə mülki əhaliyə hücum edirlər?

Atəşkəs tələb etmək münaqişənin həlli deyil – onu növbəti döyüşlərə qədər dondurmaqdır. Bu münaqişənin yeganə həlli Ermənistanın 822, 853, 874, 884 saylı BMT qətnamələrinə əməl etməsi, öz ordusunu Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarmasıdır.

“Bu, Ermənistanın növbəti təxribatıdır”

  • 09 Oktyabr 2020

Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu

  • 09 Oktyabr 2020

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

Rəylər

Do not miss

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
ManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
ManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
AktualManşetXəbər

İllər üzrə pensiyaçı sayı

comments
ManşetXəbər

Maddi təzminat tələbi qüvvədə qalır

comments
AktualManşetXəbər

İsa Qəmbər çağırışı

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”nın finalçıları

comments
AktualDünyanın səsiManşetXəbər

Rus tankı qabyuyana möhtac

comments
Dünyanın səsiXəbər

Rusiyalı milyarder mühacirəti seçdi

comments
Dünyanın səsiXəbər

Məhbus siyasətçi xəstəxanaya köçürüldü

comments
TribunaYazarlar

Mif və gerçəklik

comments
AktualManşetXəbər

Sabiq dövlət başçısına 180 manat…

comments
ManşetXəbər

Demokratiyanın ixtisarı

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus itkiləri

comments
AktualDünyanın səsiXəbər

Ermənistan əhli nədən ölür?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda