“Ermənistan guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raketlə zərbə endirilməsi barədə xəbərlər yayıb. Biz bu xüsusda dünya xristianlarının həssas hisslərinə böyük hörmətlə yanaşırıq. Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan bu mövzuda manipulyasiya və dezinformasiya aparır. Ermənistanın kilsənin raketlə vurulması ilə əlaqədar təqdim etdiyi materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır”. AZƏRTAC xəbər verir ki, bu sözləri prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib: “Birincisi, Azərbaycan Ordusu kilsə və digər mülki təyinatlı obyektləri hədəfə almır. Həmin dövrdə Azərbaycan Silahlı Qüvvələri o istiqamətdə hər hansı atəş həyata keçirməyib.
İkincisi, əgər raket zərbəsi olsaydı, kilsənin içərisindəki ikonalara ciddi zərər dəyərdi. Amma şəkillərdən görünür ki, ikonalara zərər yetirilməyib.
Üçüncüsü, Ermənistan ilk dəfə bu zərbənin guya F-16 təyyarəsindən endirildiyini, aviabomba olduğunu, sonra isə raket zərbəsi olduğunu iddia etməyə başladı. Azərbaycan Silahlı Qüvvələrinin inventarında F-16 təyyarəsi yoxdur.
Göründüyü kimi, Ermənistan tərəfi hər dəfə yalanlar ifşa olunanda yeni uydurmalara əl atmağa başlayır.
Bu hal Ermənistanın növbəti təxribatı, Azərbaycana qarşı informasiya hücumu cəhdidir. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə dini don geyindirilməsi qəbuledilməzdir.
Bununla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv etmək, məscidləri və dini abidələri dağıtmaq siyasətini ört-basdir etmək istəyir. Bu günlərdə Ermənistan Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atıb.
Azərbaycan Respublikası dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası layihələrini həyata keçirib.
Bütün dünya xristinalarına bir daha öz hörmət və rəğbətimizi ifadə edirik.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki bütün mədəni və dibi abidələr təyinatına uyğun olaraq bərpa olunacaq”.
1988-ci ildə Azərbaycana qarşı təcavüzə başlayan Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir. Cəbrayıl şəhəri və onun bir çox kəndi, Füzuli rayonunun və keçmiş Ağdərə rayonunun bəzi kəndləri, bir çox strateji yüksəklik, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.
Düşmən Tərtər, Goranboy, Naftalan, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Füzuli, Gəncə, Mingəçevirdə dinc əhalini raket və artilleriya atəşinə tutur. Cəbhə bölgəsindən çox uzaqda yerləşən Abşeron və Xızı rayonlarına da raket atılıb.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib