Sentyabrın 27-dən başlayaraq ölkənin cənub-qərb bölgəsində hərbi əməliyyatlar keçirən Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir çox kəndini, Füzuli rayonunun və keçmiş Ağdərə rayonunun bəzi kəndlərini erməni işğalından azad edib.
Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci il iyulun 1-nə Cəbrayıl rayonunun 82 min nəfər əhalisi olub.
Ərazisinin bir hissəsi Azərbaycanın nəzarətində olan Ağdam rayonunun əhalisi rəsmi statistikada 204,7 min nəfər, Füzuli rayonunun əhalisi 134,3 min nəfər, Xocavənd rayonunun əhalisi 44,2 min nəfər göstərilib.
İşğal edilmiş digər bölgələr əhali sayına görə belə sıralanır:
Kəlbəcər rayonu – 94,5 min nəfər
Laçın rayonu – 78,9 min nəfər
Xankəndi şəhəri – 55,9 min nəfər
Zəngilan rayonu – 45,3 min nəfər
Qubadlı rayonu – 41,8 min nəfər
Şuşa rayonu – 34,8 min nəfər
Xocalı rayonu – 28,9 min nəfər.