Sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə hazırlıq iclasını davam etdirib. Novator.az-ın məlumatına görə, Tofiq Yaqublunun vəkilləri Bakının Nizami Rayon Məhkəməsindəki prosesin protokolları ilə tanışlıq istəyi ilə vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin edərək Nizami Rayon Məhkəməsinə uyğun müraciət göndərib.
Tofiq Yaqublunun avtomobilinin və mobil telefonunun özünə qaytarılması barədə vəsatət isə təmin olunmayıb. Avtomobil və mobil telefon paytaxtın Nizami Rayon Polis İdarəsində saxlanır.
Bu il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılıb. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir.
Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də paytaxtdakı “City Hospital” xəstəxanasına köçürülüb.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.
Qanuna əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs bu vəzifələri yerinə yetirməlidir:
– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;
– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
– məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.
Məhkəmə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; müəyyən şəxslərlə ünsiyyətdə olmamaq kimi əlavə vəzifələr də müəyyən edə bilər.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Tofiq Yaqublu: “Sona qədər gedəcəm”
Professor Tofiqin təhlükədə olduğunu yazır
Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır
Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb
Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
“Azad olmaq Tofiq bəyin haqqıdır”
Tofiq Yaqublu palataya köçürülüb
Aclığın 14-cü günü: vəziyyət gərgindir
Tofiq Yaqublu sudan da imtina edə bilər
Yoldaşı Tofiq Yaqubluya baş çəkib
Aclıq davam edir, yeni müayinə və müraciət var