• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tanımırlar

  • 24 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımayan ölkələrin ilkin siyahısı yayılıb. Novator.az-ın məlumatına görə, sentyabrın 24-dək ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Danimarka, Almaniya, Çexiya, Slovakiya, Polşa, Ukrayna, Estoniya, Latviya və Litvadan Aleksandr Lukaşenkonun qeyri-legitim sayıldığı barədə rəsmi açıqlamalar gəlib. Açıqlamalarda Belarusda avtoritar rejimin hökm sürdüyü, sonuncu prezident seçkisinin bəyan olunan nəticələrinin xalqın iradəsini əks etdirmədiyi vurğulanıb.

27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirən Avropa İttifaqı adından da Aleksandr Lukaşenkonun legitim dövlət başçısı kimi tanınmadığı barədə bəyanat verilib.

Avqustun 9-u Belarusda prezident seçkisi keçirilib. 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib elan edilib. İctimaiyyət seçkinin rəsmi nəticələri ilə barışmır, davamlı etiraz aksiyaları keçirir. Buna baxmayaraq Aleksandr Lukaşenko sentyabrın 23-də rəsmən dövlət başçısı and içib.

1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.


Yenə Lukaşenko…

Tixanovskaya Litvaya sığındı

Belarus: mübarizə davam edir

Svetlana ruslara üz tutub

Onun səlahiyyətləri

And içdi

Eldar Həsənov: 5+2 şərhi, Rusiyaya ittiham, Lavrov...

  • 24 Sentyabr 2020
  • comments

Aylar üzrə itkilər

  • 24 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda