• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu azad edildi

  • 18 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Sentyabrın 18-də siyasətçi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Novator.az-ın məlumatına görə, qərar Bakı Apellyasiya Məhkəməsində – Tofiq Yaqublunun şikayəti üzrə hazırlıq iclasında, vəkillərin vəsatəti əsasında çıxarılıb.

Qanuna əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs bu vəzifələri yerinə yetirməlidir:

– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

– məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

Məhkəmə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; müəyyən şəxslərlə ünsiyyətdə olmamaq kimi əlavə vəzifələr də müəyyən edə bilər.

Bu il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət və onun azadlığa buraxılması istənir.

Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də “City Hospital”a köçürülüb. Onun müalicəsini tibb elmləri doktoru Adil Qeybulla aparır. Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr qərarından sonra Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Tofiq Yaqublunun məhkum olunması Azərbaycanda və dünyada kəskin etirazlara gətirib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasətçilər, ictimai xadimlər, mədəniyyət adamları, müharibə veteranları onun dərhal azadlığa buraxılmasını tələb ediblər, müxtəlif aksiyalar – aclıq aksiyaları, yürüşlər keçirilib.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

Tofiq Yaqublunun qızı, Müsavat Partiyası Məclisinin üzvü Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.

Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da Müsavat fəalı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.


Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Tofiqin əsgər oğlunun problemi var

Vəsatətlərə baxılmır

Məhkəmədə əsəb gərginliyi

Tofiq canlı yayım istədi

İki vəsatət, mənfi cavablar

Tofiqdən son söz anonsu

Üç vəsatətdən biri təmin olundu

Tofiq Yaqubluya cəza təklifi

Hökm ərəfəsində: Tofiq aclığa başladı

Tofiqə hökm oxundu

Qarışqa yükü boyda

Bir ATA düşünün…

Hökmdən şikayət

Vəkil Tofiqdən xəbər gətirib

Tofiqə dəstək aksiyaları

Tofiq Yaqublu: “Sona qədər gedəcəm”

Tofiq aksiyası

Professor Tofiqin təhlükədə olduğunu yazır

Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır

Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb

Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

“Azad olmaq Tofiq bəyin haqqıdır”

Tofiq Yaqublu palataya köçürülüb

Aclığın 14-cü günü: vəziyyət gərgindir

Tofiq Yaqublu sudan da imtina edə bilər

Yoldaşı Tofiq Yaqubluya baş çəkib

Aclıq davam edir, yeni müayinə və müraciət var

Tofiq Yaqublu: azadlıq məsələsinə bu gün baxılır

 

Yoluxma və itki statistikası

  • 18 Sentyabr 2020
  • comments

“Qarabağ” səfərdə oynayacaq

  • 18 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda