• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu palataya köçürülüb

  • 14 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Bakıdakı “City Hospital” xəstəxanasına yerləşdirilən məhbus siyasətçi Tofiq Yaqublu sentyabrın 14-də reanimasiya şöbəsindən palataya köçürülüb. Novator.az bildirir ki, siyasətçinin qızı Nigar Həzi özünün “Facebook” səhifəsində belə məlumat yayıb.

Nigar Həzinin yazdığına görə, bu gün Ombudsman Aparatından iki nümayəndə atasına baş çəkib, ancaq yaxınlarının onunla görüşməsi, həmçinin məhbusun öz ailəsi ilə telefonla danışması mümkün olmur.

Vəkil Aqil Layıc sentyabrın 14-də özünün “Facebook” səhifəsində Tofiq Yaqublu ilə görüşə bilmədiyini yazıb: “Saat 11:30-dan “City Hospital”dayam. Görüşə icazə verilmədi”.

Tofiq Yaqublunun digər vəkilləri Elçin Sadıqov və Nemət Kərimlidir. Müraciətlərdən sonra Elçin Sadıqov Tofiq Yaqublu ilə görüşüb. Onun bildirdiyinə görə, yataq rejimində olan siyasətçi çox zəifləyib.

2020-ci il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.

Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb.

Bakıdakı “City Hospital”da çalışan həkim, tibb elmləri doktoru Adil Qeybulla sentyabrın 11-də Tofiq Yaqubluya baş çəkib, sanitar hissədə məhbusu müayinə edib.

Tofiq Yaqublu sentyabrın 12-si axşam “City Hospital”a köçürülüb.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.


Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Tofiqin əsgər oğlunun problemi var

Vəsatətlərə baxılmır

Məhkəmədə əsəb gərginliyi

Tofiq canlı yayım istədi

İki vəsatət, mənfi cavablar

Tofiqdən son söz anonsu

Üç vəsatətdən biri təmin olundu

Tofiq Yaqubluya cəza təklifi

Hökm ərəfəsində: Tofiq aclığa başladı

Tofiqə hökm oxundu

Qarışqa yükü boyda

Bir ATA düşünün…

Hökmdən şikayət

Vəkil Tofiqdən xəbər gətirib

Tofiqə dəstək aksiyaları

Tofiq Yaqublu: “Sona qədər gedəcəm”

Tofiq aksiyası

Professor Tofiqin təhlükədə olduğunu yazır

Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır

Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb

Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

“Azad olmaq Tofiq bəyin haqqıdır”

Aqarunov məktəbində

  • 14 Sentyabr 2020
  • comments

UEFA-nın klub turnirləri necə yenilənir?

  • 14 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda