• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azad olmaq Tofiq bəyin haqqıdır”

  • 14 Sentyabr 2020
0
SHARES
FacebookTwitterPinterest

AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli məhbus siyasətçi Tofiq Yaqublunu azadlığa buraxmağa çağırır. Novator.az-ın məlumatına görə, Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, Tofiq Yaqublunun Avropa İnsan Hüquqları Məhkəməsinin tövsiyəsi ilə mülki xəstəxanaya köçürülməsi, özünün etibar etdiyi həkim Adil Qeybullanın onun müalicəsinə cəlb edilməsi yaxşı haldır: “Ancaq bu qətiyyən o demək deyil ki, Tofiq bəyin həyatına təhlükə aradan qalxıb. Tofiq bəyin xəstəxanaya köçürülməsi hakimiyyətə və bizim hamımıza əlavə bir neçə gün vaxt qazandırır ki, böhran əsaslı şəkildə həll olunsun. Bu problemin həlli isə Tofiq bəyin azad edilməsindən keçir.

Heç kim unutmasın ki, 6 ay bundan əvvəl Tofiq bəy şərlənib həbs olunanda sağlam (yaşına uyğun) adam idi. Keçirdiyi aclıq aksiyası da, səhhətinin pisləşməsi də, koma vəziyyətinə düşməyin bir addımlığında olması da Tofiq bəyin sifarişlə, qanunsuz həbs edilməsinin nəticəsidir. Problemlərin səbəbini aradan qaldırmaq lazımdır.

Azad olmaq Tofiq bəyin haqqıdır. O azad edilməlidir. Azərbaycan cəmiyyəti, mütərəqqi dünya ictimaiyyəti hökumətdən bunu tələb edir.

Azərbaycan hakimiyyəti isə Tofiq bəyi nəinki azad etmir, hətta Nizami Rayon Məhkəməsi bir həftədir onun şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərmir. Əlbəttə, bu münasibət Nizami Rayon Məhkəməsinin özfəaliyyətinin deyil, bütövlükdə rejimin Tofiq Yaqubluya hələ də davam edən qərəzli münasibətinin nəticəsidir.

Tofiq bəyin taleyinə ictimai diqqət qətiyyən azalmamalıdır. O hələ də girovdur, ölüm aclığını davam etdirir. Onun həyatına təhlükə hələ də realdır. Hökumət də, elə toplum olaraq biz hamımız da tələsməliyik. Tofiq bəy dərhal azad edilməlidir!”

2020-ci il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşmadan sonra mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılov qəsdən qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.

Tofiq Yaqublu sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb.

Bakıdakı “City Hospital”da çalışan həkim, tibb elmləri doktoru Adil Qeybulla sentyabrın 11-də Tofiq Yaqubluya baş çəkib, sanitar hissədə məhbusu müayinə edib.

Tofiq Yaqublu sentyabrın 12-si axşam “City Hospital”a köçürülüb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Tofiq Yaqublunun mülki xəstəxanaya köçürülməsinə Adil Qeybullanın xahişi əsasında razılıq verildiyini açıqlayıb.

Məlumatlarda həmçinin Tofiq Yaqublunun vəkillərinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinin nəzərə alındığı vurğulanıb. Həmin müraciətdə aclıq aksiyasında səhhəti ağırlaşan, koma vəziyyətinə düşməsi ehtimalı böyük olan Tofiq Yaqublunun mülki xəstəxanaya köçürülməsi barədə məsələ qaldırılıb.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.


Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Tofiqin əsgər oğlunun problemi var

Vəsatətlərə baxılmır

Məhkəmədə əsəb gərginliyi

Tofiq canlı yayım istədi

İki vəsatət, mənfi cavablar

Tofiqdən son söz anonsu

Üç vəsatətdən biri təmin olundu

Tofiq Yaqubluya cəza təklifi

Hökm ərəfəsində: Tofiq aclığa başladı

Tofiqə hökm oxundu

Qarışqa yükü boyda

Bir ATA düşünün…

Hökmdən şikayət

Vəkil Tofiqdən xəbər gətirib

Tofiqə dəstək aksiyaları

Tofiq Yaqublu: “Sona qədər gedəcəm”

Tofiq aksiyası

Professor Tofiqin təhlükədə olduğunu yazır

Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır

Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb

Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməsindən danışdı

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

Yaponiya hökumətinə yeni başçı gəlir

  • 14 Sentyabr 2020

18 oktyabr kampaniyası keçirilir

  • 14 Sentyabr 2020

Son materiallar

comments
Xəbər

“Təmiz Şəhər”in ərazisi böyüdü

comments
Xəbər

Neftsiz ixrac 30,9 faiz artıb

comments
Xəbər

Bakıda orta maaş, başqa göstəricilər

comments
Xəbər

İdxala güzəşt fərmanı

Rəylər

Do not miss

comments
Xəbər

“Təmiz Şəhər”in ərazisi böyüdü

Son materiallar

comments
Xəbər

“Təmiz Şəhər”in ərazisi böyüdü

comments
Xəbər

Neftsiz ixrac 30,9 faiz artıb

comments
Xəbər

Bakıda orta maaş, başqa göstəricilər

comments
Xəbər

İdxala güzəşt fərmanı

comments
Xəbər

Şuşa qanunu rəsmən yeniləndi

comments
ManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Xəbər

Dörd zabitə general-mayor rütbəsi verildi

comments
Xəbər

Gəncə Şəhər Məhkəməsinə təyinatlar

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

comments
ManşetXəbər

Valyuta ehtiyatı nə qədər artıb?

comments
ManşetXəbər

Əlilliyin müəyyən olunması meyarları

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
Xəbər

İqlim normasından yüksək

comments
ManşetXəbər

Müharibə veteranlarına 210 manat

comments
ManşetXəbər

Zülmün nümayişi

comments
Xəbər

Vergidən azadlıq qərarı

comments
Xəbər

Nazirliyin yarım ili

comments
ManşetXəbər

Hasilatda yeni norma

comments
Dünyanın səsiManşetXəbər

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

comments
ManşetXəbər

İsa Qəmbərin şikayətinə baxılacaq

comments
Xəbər

Koronavirus hesabatı

comments
ManşetXəbər

“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”

comments
Dünyanın səsiXəbər

Ermənistanda uşaq pulu artır

comments
AktualManşetXəbər

Laçını tam qaytaran yol

comments
ManşetXəbər

Avropadan təzminat qərarları

comments
Dünyanın səsiManşetXəbər

İsrail növbədənkənar seçkiyə gedir

comments
Dünyanın səsiManşetŞərh

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

comments
Xəbər

Bakı konfransı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda