Sentyabrın 11-də məşhur həkim, tibb elmləri doktoru Adil Qeybulla məhbus siyasətçi Tofiq Yaqubluya baş çəkib.
Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan Tofiq Yaqublu aclıq aksiyası keçirir. Aksiya sentyabrın 2-də azadlıq və bəraət tələbi ilə başlayıb.
Bu il martın 22-də tutulan siyasətçi silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün öz avtomobili ilə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub, mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.
Siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.
Azadliq.org-un məlumatına görə, sentyabrın 11-də Tofiq Yaqubluya baş çəkən həkim Adil Qeybulla jurnalistlərə deyib ki, sanitar hissədə məhbusu müayinə edib: “Tofiq Yaqublu 10-cu gündür aclıq aksiyası keçirir. Aclığın ikinci həftəsi insan həyatına təhlükə dövrünün başlanması kimi dəyərləndirilir. Belə aksiyada su qəbulu şərtdir. Amma Tofiq Yaqublu uzun müddətdir suyu düz qəbul etmir. Ona vəziyyəti izah etdik, bunun həyatına təhlükə olduğunu bildirdik. Bu cür aclıqda ürək qəfil dayana bilər. Tofiq Yaqublunun 60-a yaxın yaşı var, bu yaxınlarda əməliyyat olunub, astma xəstəliyindən əziyyət çəkir. Amma israrla aclığı davam etdirəcəyini bildirdi”.
Adil Qeybullanin sözlərinə görə, sanitar həkimlərin iştirakı ilə bəzi tibbi tədbirlər görülüb: “Venadaxili bir litr maye, vitaminlər köçürtdük. Sonra onu öz yerinə yola saldıq. Tofiq Yaqublu aclığı dayandırmır. Mən bir həkim kimi deyirəm ki, vəziyyət çox ciddidir.
Tofiq Yaqublu sentyabrın 10-da özündən gedib. Aclıq aksiyasının bu mərhələsində qan təzyiqində oynama normal haldır. Məhz bu səbəbdən mənim xahişimlə bəzi tibbi tədbirlər görüldü”.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.
Tofiq Yaqublunun səhhətində problemlər var. 2019-cu il dekabrın 17-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub, onun öd kisəsi çıxarılıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı
Həbsin uzadılması: şikayət təmin olunmadı
Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir
Tofiqin mühakiməsi “yox”larla başladı
Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Tofiqin əsgər oğlunun problemi var
Üç vəsatətdən biri təmin olundu
Hökm ərəfəsində: Tofiq aclığa başladı
Tofiq Yaqublu: “Sona qədər gedəcəm”
Professor Tofiqin təhlükədə olduğunu yazır