Son rəsmi hesabata görə, Əmanətlərin Sığortalanması Fondu qapadılmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə 514,8 milyon manat kompensasiya ödəyib.
Mərkəzi Bank “Atabank”la “Amrah Bank”ın lisenziyalarını aprelin 28-də, “AGBank”la “NBCBank”ın lisenziyalarını mayın 12-də ləğv edib.
Azərbaycanda illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənməsinə iyunun 1-dən başlanıb. Proses “Kapital Bank” vasitəsilə aparılır.
“AGBank” və “NBCBank”ın əmanətçiləri kompensasiyaları iyunun 16-dan Azərbaycan Beynəlxalq Bankı vasitəsilə alırlar.
Bağlanan banklarda nə qədər qorunan əmanət var?
Qorunan əmanətlər necə ödənəcək?
Bağlanan bankların əmanətçilərinə müraciət
Bağlanan bankların əmanətçilərinə nə qədər vəsait ödənib?
Əmanətlərdə dolaşıqlıq yaranıb