• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır

  • 10 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Məhbus siyasətçi Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. Aksiya sentyabrın 2-də azadlıq və bəraət tələbi ilə başlayıb.

Sentyabrın 10-da həyat yoldaşı Maya Yaqublu və qızı Nigar Həzi Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında ona baş çəkiblər.

Nigar Həzi Novator.az-a deyib ki, təcridxanaya atasının əmisi qızı, jurnalist Alya Yaqublu ilə birgə gediblər, ancaq Alya görüşə buraxılmayıb: “Görüş böyük çətinliklə baş tutdu. Təcridxana rəhbərliyi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətləri əsas gətirib görüşə süni əngəllər yaratdı, çox gözlədik.

Anamı və məni uzun süründürmədən sonra ayrı-ayrılıqda görüşə buraxdılar, Alya Yaqubluya isə içəri keçmək imkanı vermədilər, halbuki əvvəllər atamla sərbəst görüşə bilib. Görünür, Tofiq Yaqublu ilə bağlı yeni qadağalar tətbiq olunur, məhdudiyyətləri sərtləşdirirlər.

Görüş ləngidiləndə atam da içəridə gözləyib, buna görə həyəcan keçirib, vəziyyəti pisləşib, huşunu itirib, yalnız həkim müayinəsindən sonra özünə gəlib.

Atamla qısa müddət söhbətləşdik. Ayaq üstə güclə durur, baş ağrısından, baş gicəllənməsindən əziyyət çəkir. Ancaq aclığı dayandırmaq fikri yoxdur. Qəti şəkildə dedi ki, ya təcridxanadan azadlığa çıxacam, ya da buradan mənim meyitimi çıxaracaqlar”.

Bu il martın 22-də tutulan siyasətçi silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda günahlandırılır. İttihama əsasən, o, həmin gün idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub, mübahisə zəminində ona və yoldaşı Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

Məhbus siyasətçi ittihamı qəbul etmir, bildirir ki, Elxan Cəbrayılovun maşını əvvəldən həmin ərazidə dayanıb gözləyib, işarədən sonra qəfildən onun dayanmış avtomobilinə tərəf hərəkət edərək qəza törədib, sonra dava salıb. Onun sözlərinə görə, hadisənin təxribat olduğunu anladığı üçün maşınının qapısını kilidləyib, şüşəni qaldırıb və polis gəlməyənə kimi yerə düşməyib, heç kimi vurmayıb.

İbtidai istintaqı Nizami Rayon Polis İdarəsi aparıb.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə yatıb.

Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.

Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

Məhbus siyasətçinin oğlu Rəhim Yaqublu hərbi xidmətdədir.


Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Tofiqin əsgər oğlunun problemi var

Vəsatətlərə baxılmır

Məhkəmədə əsəb gərginliyi

Tofiq canlı yayım istədi

İki vəsatət, mənfi cavablar

Tofiqdən son söz anonsu

Üç vəsatətdən biri təmin olundu

Tofiq Yaqubluya cəza təklifi

Hökm ərəfəsində: Tofiq aclığa başladı

Tofiqə hökm oxundu

Qarışqa yükü boyda

Bir ATA düşünün…

Hökmdən şikayət

Vəkil Tofiqdən xəbər gətirib

Tofiqə dəstək aksiyaları

Tofiq Yaqublu: “Sona qədər gedəcəm”

Tofiq aksiyası

Professor Tofiqin təhlükədə olduğunu yazır

Naxçıvanda ölən gəncin işi: Avropa Məhkəməsinin qə...

  • 10 Sentyabr 2020
  • comments

Operativ qərargahdan

  • 10 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda