
Prezident yanında Əfv Məsələləri Komissiyası yenilənib. Novator.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin 8 sentyabr sərəncamı ilə komissiya sədrliyi Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, katib vəzifəsi Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılovaya həvalə olunub. Üzvlər bu şəxslərdir:
Fuad Ələsgərov – prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi
Fikrət Məmmədov – ədliyyə naziri
Vilayət Eyvazov – daxili işlər naziri
Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Allahşükür Paşazadə – şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov – Milli Məclisin deputatı, səhiyyə komitəsinin sədri
Zahid Oruc – Milli Məclisin deputatı, insan hüquqları komitəsinin sədri
Fazil Mustafa – Milli Məclisin deputatı, mədəniyyət komitəsi sədrinin müavini
Azay Quliyev – Milli Məclisin deputatı
Sədaqət Vəliyeva – Milli Məclisin deputatı
Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcid – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri
Mehriban Vəliyeva – Akademik Zərifə Əliyeva adına Liseyin direktoru.