• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

6 müavindən biri…

  • 04 Sentyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Prezident İlham Əliyev Nadir Hüseynovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. O, xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə xüsusi tapşırıqlar üzrə səfir postuna təyinat alıb.

Novator.az bildirir ki, Nadir Hüseynov 1960-cı ildə Gəncə şəhərində doğulub. Kiyev Dövlət Universitetinin beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. Tarix elmləri namizədidir.

1983-1992-ci illərdə Azərbaycanın Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri olub. 1992-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-cu illərdə Konsulluq İdarəsinin rəisi postlarını tutub, 2010-cu ildən xarici işlər nazirinin müavini idi.

Prezident İlham Əliyevin sərəncamı ilə Nadir Hüseynovu xarici işlər nazirinin müavini vəzifəsində Fariz Rzayev əvəzləyib.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində doğulub. Dövlət İdarəçilik Akademiyasını bitirib.

Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, Azərbaycanın Avstriyadakı, Belçikadakı səfirliklərində çalışıb.

Təhsil Nazirliyinin tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil Nazirliyi Aparatının rəhbəri olub.

2017-ci ildən birinci vitse-prezidentin Katibliyinin rəis müavini idi.

1973-cü il təvəllüdlü Ceyhun Bayramov 2020-ci il iyulun 16-da xarici işlər naziri təyin edilib.

Xarici işlər nazirinin daha 5 müavini var. Onlardan biri – Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru Hafiz Paşayev 2019-cu ilin oktyabr ayında prezidentə ərizə ilə müraciət edərək müavinlikdən azad olunmasını istəyib. Ancaq istefa hələ qəbul olunmayıb.

Digər müavinlər bu şəxslərdir: Mahmud Məmməd-Quliyev, Xələf Xələfov, Ramiz Həsənov, Araz Əzimov.

ADA-ya reyd

  • 04 Sentyabr 2020
  • comments

Nazirliyin maliyyələşməsi dəyişir, nazir yeni səla...

  • 04 Sentyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda