Nazirlər Kabineti yanında operativ qərargahın 3 sentyabr məlumatına görə, Azərbaycanda daha 167 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib.
Ümumi yoluxma sayı 36899 nəfər göstərilir: onların 541-i dünyasını dəyişib, 2094-ü müalicə alır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 7 nəfər koronavirusun qurbanı olub.