Koronavirusun yarım ili
Avqustun 31-i Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 36435 nəfərə çatıb. Nazirlər Kabineti yanında operativ qərargahın hesabatına görə, onların 534-ü dünyasını dəyişib, 2054-ü müalicə olunur, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus x...
“Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışına video formatında qatılan prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi qarşısında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, prezident deyib ki,...
Neft Fondunun büdcəsi dəyişdi
Avqustun 31-də fərman imzalayan prezident İlham Əliyev Dövlət Neft Fondunun 2020-ci il büdcəsini yeniləyib. Novator.az-ın məlumatına görə, fondun gəlirləri 7,8 milyard manata düşür, xərcləri 12,4 milyard manata yüksəlir. 2020-ci ildə fondun gəlirləri 12,4 milyard manat, xərcləri 11,6 milyard manat o...
“Qalatasaray” Bakıya gəlir
UEFA Avropa Liqasının 2020-2021 mövsümündə yer alan Azərbaycan təmsilçisi “Neftçi”nin ikinci mərhələdəki (17 sentyabr) rəqibi bəlli olub. Novator.az bildirir ki, avqustun 31-də atılan püşkün nəticəsinə görə, bakılılar Türkiyənin “Qalatasaray” komandasını qəbul edəcək. 1905-ci ildə yaradılan “Qalatas...
İnzibati həbsdə 2 cəbhəçi qalır
Avqustun 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tural Atakişiyev 20 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb. O, avqustun 11-də tutulmuşdu. 30 sutkalıq cəzalar almış Yaşar Kərimov, Babək Muradov, Elnur Quliyev, Feyruz Rəhimov avqustun 30-da həbsdən buraxılıblar. 20...
Bakıda Norveç sınağı
Avqustun 31-də UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünün üçüncü mərhələsinin (15-16 sentyabr) püşkü atılıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”a Norveçdən “Molde” qismət olub. Oyun Bakıya salınıb. 1911-ci ildə yaradılmış “Molde” klubu dördqat Norveç çempionudur, dörd ...
İxrac icmalı açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni ixrac icmalı yayıb. Hesabata görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ixracı 9,1 milyard dollar olub. Qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon dollar dəyərində ixrac qeydə alındığı, bu sektorda ixracın ötən ilin yeddi ayı il...
Prezident partiyası seçkini uduzdu
Monteneqroda avqustun 30-da keçirilmiş parlament seçkisi hakim Sosialist Demokrat Partiyasının məğlubiyyəti ilə başa çatıb. Novator.az-ın məlumatına görə, prezident Milo Cukanoviçin liderlik etdiyi partiya 81 yerlik parlamentə 30 mandat əldə edib. İlkin nəticələrə əsasən, üç müxalif qüvvəni birləşdi...
“Jurnalistlər fəxri adı cəmiyyətdən yox, hökumətdən gözləyirlər”
Avqustun 31-də jurnalist Arif Əliyevin 60 yaşı tamam olur. 1960-cı ildə Bakıda doğulan Arif Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərinform”un (indiki AZƏRTAC) xüsusi müxbiri, “Molodyoj Azerbaydjana” qəzetinin şöbə müdiri, “Xazar” jurnalının baş redaktoru, “Svoboda...
Yeni hospital açılıb
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı açılıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev hospitalın açılışına video formatında qatılıb. Ölkədə bu tipli daha 10 tibb ocağı var. Onların üçü...
Populyar adlar
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda doğulmuş qız uşaqlarına ən çox qoyulan ad Zəhradır. Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, səkkiz ayda 1233 uşaq Zəhra adı alıb. Novator.az bildirir ki, populyar adların ilk onluğunda Zeynəb ikinci (964 uşaq), Məryəm üçüncüdür (92...
8 ayın məzənnələri
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin yanvar-avqust aylarında necə dəyişməsinə nəzər salıb. Avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda maksimal qiymət 1,8839, martda 1,9332, apreldə 1,8740, mayda 1,8873, iyunda 1,9297, iyulda 2,0003, avqustda 2,0284 manat olub. Gürcüstan larisi...
Yoluxma və itki statistikası
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 36309 nəfərə çatıb. Nazirlər Kabineti yanında operativ qərargahın 30 avqust məlumatına görə, onların 531-i dünyasını dəyişib. Aktiv xəstə sayı 2075 nəfər göstərilir. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəli...
Operativ qərargahdan
Nazirlər Kabineti yanında operativ qərargahın 29 avqust məlumatına görə, Azərbaycanda daha 188 nəfər koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 36174 nəfər göstərilir: onların 529-u dünyasını dəyişib, 2069-u müalicə altındadır. 2019-cu ilin dekabrında Çində üzə çı...
Bağça və məktəblər qərarı
Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərar verib. Qərara görə, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi bu tarixlərdən əyani formada təşkil edilir: məktəbəqədər təhsil müəssisələrində – sentyabr...
Karantin yenilikləri
Nazirlər Kabineti Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimini sentyabrın 30-dək uzadıb. Qərara əsasən, avqustun 31-dən ölkədə muzeylərin və sərgi zallarının fəaliyyətinə; 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir. Kü...
Üç vəsatətdən biri təmin olundu
Avqustun 28-i Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə növbəti proses keçirilib. Bu il martın 22-də tutulan Tofiq Yaqublu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın ...
Yarpaq tökümü
2020-2021 mövsümündə UEFA-nın klub turnirlərinə 237 komanda buraxılıb. Novator.az-ın məlumatına görə, Çempionlar Liqasına vəsiqə almış 79 komandadan 33-ü ilkin, birinci və ikinci mərhələlərdə ələnərək Avropa Liqasına köç edib. 158 komandanın bilet aldığı Avropa Liqasında ilkin və birinci mərhələlər ...
Harada nə qədər xəstə var?
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, 524 nəfər vəfat edib. Aktiv xəstə sayı 1956 nəfər göstərilir. Avqustun 28-nə olan beynəlxalq statistikaya görə, dünyada 6,7 milyondan çox aktiv koronavirus x...
Ən çox boşanma olan bölgələr
2020-ci ilin birinci yarısında Azərbaycanda 7107 boşanma rəsmiləşib. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, yanvar-iyun aylarında Bakıda 2008, Sumqayıtda 293, Gəncədə 281, Naxçıvan Muxtar Respublikasında 223 cütlük boşanıb. 100-dən çox boşanmanın qeydə alındığı qalan bölgələr...