Koronavirusun yarım ili
Avqustun 31-i Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 36435 nəfərə çatıb. Nazirlər Kabineti yanında operativ qərargahın hesabatına görə, onların 534-ü dünyasını dəyişib, 2054-ü müalicə olunur, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus x...
“Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışına video formatında qatılan prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi qarşısında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, prezident deyib ki,...
Neft Fondunun büdcəsi dəyişdi
Avqustun 31-də fərman imzalayan prezident İlham Əliyev Dövlət Neft Fondunun 2020-ci il büdcəsini yeniləyib. Novator.az-ın məlumatına görə, fondun gəlirləri 7,8 milyard manata düşür, xərcləri 12,4 milyard manata yüksəlir. 2020-ci ildə fondun gəlirləri 12,4 milyard manat, xərcləri 11,6 milyard manat o...
“Qalatasaray” Bakıya gəlir
UEFA Avropa Liqasının 2020-2021 mövsümündə yer alan Azərbaycan təmsilçisi “Neftçi”nin ikinci mərhələdəki (17 sentyabr) rəqibi bəlli olub. Novator.az bildirir ki, avqustun 31-də atılan püşkün nəticəsinə görə, bakılılar Türkiyənin “Qalatasaray” komandasını qəbul edəcək. 1905-ci ildə yaradılan “Qalatas...
İnzibati həbsdə 2 cəbhəçi qalır
Avqustun 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tural Atakişiyev 20 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb. O, avqustun 11-də tutulmuşdu. 30 sutkalıq cəzalar almış Yaşar Kərimov, Babək Muradov, Elnur Quliyev, Feyruz Rəhimov avqustun 30-da həbsdən buraxılıblar. 20...
Bakıda Norveç sınağı
Avqustun 31-də UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünün üçüncü mərhələsinin (15-16 sentyabr) püşkü atılıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”a Norveçdən “Molde” qismət olub. Oyun Bakıya salınıb. 1911-ci ildə yaradılmış “Molde” klubu dördqat Norveç çempionudur, dörd ...
İxrac icmalı açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni ixrac icmalı yayıb. Hesabata görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ixracı 9,1 milyard dollar olub. Qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon dollar dəyərində ixrac qeydə alındığı, bu sektorda ixracın ötən ilin yeddi ayı il...
Prezident partiyası seçkini uduzdu
Monteneqroda avqustun 30-da keçirilmiş parlament seçkisi hakim Sosialist Demokrat Partiyasının məğlubiyyəti ilə başa çatıb. Novator.az-ın məlumatına görə, prezident Milo Cukanoviçin liderlik etdiyi partiya 81 yerlik parlamentə 30 mandat əldə edib. İlkin nəticələrə əsasən, üç müxalif qüvvəni birləşdi...
“Jurnalistlər fəxri adı cəmiyyətdən yox, hökumətdən gözləyirlər”
Avqustun 31-də jurnalist Arif Əliyevin 60 yaşı tamam olur. 1960-cı ildə Bakıda doğulan Arif Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərinform”un (indiki AZƏRTAC) xüsusi müxbiri, “Molodyoj Azerbaydjana” qəzetinin şöbə müdiri, “Xazar” jurnalının baş redaktoru, “Svoboda...
Yeni hospital açılıb
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı açılıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev hospitalın açılışına video formatında qatılıb. Ölkədə bu tipli daha 10 tibb ocağı var. Onların üçü...
Populyar adlar
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda doğulmuş qız uşaqlarına ən çox qoyulan ad Zəhradır. Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, səkkiz ayda 1233 uşaq Zəhra adı alıb. Novator.az bildirir ki, populyar adların ilk onluğunda Zeynəb ikinci (964 uşaq), Məryəm üçüncüdür (92...
8 ayın məzənnələri
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin yanvar-avqust aylarında necə dəyişməsinə nəzər salıb. Avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda maksimal qiymət 1,8839, martda 1,9332, apreldə 1,8740, mayda 1,8873, iyunda 1,9297, iyulda 2,0003, avqustda 2,0284 manat olub. Gürcüstan larisi...