Nazirlər Kabineti yanında operativ qərargahın 29 avqust məlumatına görə, Azərbaycanda daha 188 nəfər koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 36174 nəfər göstərilir: onların 529-u dünyasını dəyişib, 2069-u müalicə altındadır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 81 nəfər xəstəliyin qurbanı olub.