• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peşəkar Tərcüməçilər Assosiasiyasının məramı

  • 21 Avqust 2020
  • Posted in Şərh
0
SHARES
FacebookTwitterPinterest

Peşəkar Tərcüməçilər Assosiasiyası təsis edilib. İctimai birliyə xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla rəhbərlik edir.

Assosiasiyanın məramını AZƏRTAC-a şərh edən Kamal Abdulla deyib: “Azərbaycanda həmişə peşəkar tərcüməçilər olub. İstər peşəkar, istərsə də gənc tərcüməçilərin fəaliyyəti bu gün də uğurla davam edir. Lakin onların sistemli fəaliyyətini bir araya gətirən təşkilat olmayıb. Assosiasiyanın məqsədi ictimai səviyyədə Azərbaycan tərcüməçilərini bir məqsəd ətrafında toplamaq, onların fəaliyyətini Azərbaycanı daha optimal şəkildə təbliğ etmək istiqamətinə yönəltmək, sistemli şəkildə əlaqələndirməkdir.

Assosiasiyanın fəaliyyətində Azərbaycan dilindən başqa dillərə tərcümə məsələləri xüsusi yer tutur. Bu, tərcümə müstəvisinin çox vacib hissəsidir, tərcümə işimizdə böyük bir boşluqdur. Ölkəmiz haqqında həqiqətlərin dünyaya daha yaxşı, optimal şəkildə çatdırılmasını arzu ediriksə, təbliğatı daha da gücləndirmək istəyiriksə, o zaman Azərbaycan dilindən başqa dillərə tərcümələri son dərəcədə sistemli, peşəkar səviyyədə qurmağı bacarmalıyıq. Bu, təkcə bədii ədəbiyyatla, ictimai-siyasi həyatla bağlı deyil, həm klassik və müasir nümunələrimizin, həm də multikultural dəyərləri təbliğ edən nümunələrin dünyanın bütün dillərinə tərcümə edilmə imkanını ortaya qoymaq deməkdir.

Azərbaycanda tərcümə işini sistemli şəkildə qururuqsa, onda ölkəmizdə fransız dilindən ingilis dilinə, ingilis dilindən alman dilinə, alman dilindən italyan dilinə tərcüməçiliyin də heç olmasa əlifbasını qurmalıyıq. Çünki tərcümə işi çox geniş məsələdir. Bizim o istiqamətdə, habelə sinxron tərcüməçilərimiz, bədii, ictimai-siyasi ədəbiyyatı tərcümə edənlərimiz olmalıdır. Tədris prosesi ilə assosiasiyanın sıx əlaqəsini qura bilsək, sadalanan sahələr üzrə peşəkar tərcüməçilər, sinxronçular hazırlanar. Bizim universitetdə həmin dilləri kifayət qədər yüksək səviyyədə bilənlər var. Amma o da var ki, dil bilənlərin heç də hamısı tərcüməçi ola bilmir. Ona görə də biz dil bilənlərin arasından tərcüməçiləri seçib ayırmağı bacarmalıyıq. Bütün bunlar böyük bir prosesdir. Biz Azərbaycan dilini və xarici dilləri yaxşı bilən adamın dilimizdən başqa bir dilə olan tərcüməsini ona bir xarici mütəxəssis qoşmaqla həyata keçirə bilərik. Bu mənada biz hələlik ikili və üçlü müştərək tərcüməçilərdən istifadə etməli olacağıq: yəni bir bizim tərcüməçimiz, bir də xarici dil daşıyıcısının iştirakı.

Tərcümə edilmiş əsər ölkə, cəmiyyət üçün faydalı olmalıdır. Bu halda “nəyi istəyirəm, onu da tərcümə edirəm” prinsipinə yol vermək olmaz. Assosiasiya tərcümə strategiyasını və sistemini yaratmaq istiqamətində nəşriyyatlarla, qəzetlərlə, jurnallarla, informasiya agentlikləri ilə əməkdaşlıq edəcək. Biz xalqımızın ən müxtəlif zümrələrinə nə lazım olduğunu müəyyən etməliyik. Bu sahədə isə spektr çox genişdir. Məsələn, ədəbiyyatdan danışırıqsa, qədim, klassik, orta əsrlər, intibah, maarifçilik dövrləri, XIX, XX əsrlər və müasir dövr ədəbiyyatı var. Peşəkar tərcüməçinin bütün bunlar barədə heç olmasa ümumi təsəvvürü olmalıdır. Çünki hətta müasir ingilis ədəbiyyatından edilən tərcümə işində mifoloji biliyə ehtiyac yarana bilər.

Eyni zamanda klassik dillərdən tərcüməçi hazırlanmasına ehtiyac var. Bu yaxınlarda bizim universitetdə Klassik Dillər İnstitutu yaradılıb. Latın, qədim yunan, sanskrit, qədim Çin dilləri üzrə mütəxəssislər hazırlamaq üçün xaricdən alimlər dəvət ediləcək.

Peşəkar tərcüməçi üçün klassik dillər barədə heç olmasa müəyyən təsəvvürə malik olmaq son dərəcə vacibdir. Bütün klassik nümunələr mifoloji mətnlərin üstündə qurulub. Tərcüməçi o mifoloji məkana, eləcə də qədim yunan, yaxud latın dilinə bələd olmasa, o, mifologiya labirintindən çıxa bilməz.

Peşəkar tərcüməçilər üçün məsələnin praktik tərəfi də unudulmamalıdır. Bu gün bəzən çox adi bir tərcümə məqamında, məsələn, sadə sənədin tərcüməsində çətinlik yaranır. Yəni tərcümə təkcə Avropa dilləri ilə yekunlaşmır. Məsələn, həmin sənədi Qırğızıstana, yaxud Türkmənistana da təqdim etmək lazım gəlir. Peşəkar Tərcüməçilər Assosiasiyası bütün bu nüansları nəzərə alaraq öz işini elə qurmalıdır ki, bizdə həmin tərcüməçilər olsun”.

Neft Fondunun büdcəsi necə dəyişir?

  • 21 Avqust 2020

Qobuda tanışlıq və təməl mərasimləri

  • 21 Avqust 2020

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Parad hazırlığına etiraz

comments
Dünyanın səsiManşetŞərh

Gənclərdə pandemiya yorğunluğu – “Deutsche Welle”

comments
Dünyanın səsiManşetŞərh

Üsyanın şərhi

comments
ManşetŞərh

Avtomobil istehsalı???

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Parad hazırlığına etiraz

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Parad hazırlığına etiraz

comments
Dünyanın səsiManşetŞərh

Gənclərdə pandemiya yorğunluğu – “Deutsche Welle”

comments
Dünyanın səsiManşetŞərh

Üsyanın şərhi

comments
ManşetŞərh

Avtomobil istehsalı???

comments
Dünyanın səsiManşetŞərh

“Ağıllı kənd”ə hazırıqmı?

comments
Dünyanın səsiManşetŞərh

Sabiq səfir: “Rusiya beynəlxalq əhəmiyyətini itirmək riskinə gedir”

comments
Dünyanın səsiManşetŞərh

“Bayden gözünü Putinə zilləməlidir” – “Bloomberg”

comments
Dünyanın səsiManşetŞərh

“Putin istərdi ssenari təkrarlansın, ancaq Zelenski Saakaşvili deyil”

comments
ManşetŞərh

Pulsuz maska təklifi

comments
Dünyanın səsiManşetŞərh

MDB arayışı

comments
Dünyanın səsiManşetŞərh

Hansı ölkədə neçə saat oruc tuturlar? – “Əl-Cəzirə”

comments
ManşetŞərh

Ödənişli ziyarətə etiraz, təklif

comments
Dünyanın səsiManşetŞərh

Kasıblığa işarə

comments
ManşetŞərh

“Ölüm statistikası həyəcan təbili çalır”

comments
Dünyanın səsiManşetŞərh

Harada hansı peyvənddən istifadə olunur?

comments
ManşetŞərh

Ölümün yaşı

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada koronavirusu necə yaddan çıxarıblar? – “Der Standard”

comments
ManşetŞərh

Bəs Nobel?

comments
ManşetŞərh

Qubad İbadoğlu böhran müzakirəsi təklif edir

comments
Dünyanın səsiManşetŞərh

Rusiya nəyə hazırlaşır? – “The National İnterest”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda