• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiqin əsgər oğlunun problemi var

  • 18 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Müsavat Partiyası Məclisinin üzvü, məhbus siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi hərbi xidmətdə olan qardaşının səhhəti ilə bağlı açıqlama yayıb. Novator.az-ın məlumatına görə, o yazır ki, qardaşı Rəhim Yaqublu 2020-ci ilin yanvar ayından hərbi xidmət keçir: “2019-cu ilin iyul çağırışında dizindəki travma üzündən hərbi xidmətə aparmadılar. Qardaşım 2017-ci ildə futbol oynayarkən dizindən ağır xəsarət alıb və ondan sonra futbol oynaya bilməyib. Onu hərbi xidmətə ayağının müalicəsindən sonra aparmalı idilər. Ancaq tibbi əməliyyat üçün imkanımız olmadı.

Çağırış vaxtı maqnit rezonans tomoqrafiyası (MRT) qardaşımın hərbi xidmətə yararlı olmadığını üzə çıxardı, aparmadılar, ancaq sonra eyni MRT-nin nəticələri əsasında yararlı sayıb hərbi xidmətə göndərdilər.

Artıq fevral ayında Rəhimin dizindəki problem ona ağrı verməyə başladı. Sıra addımı ata bilmədiyi üçün hərbi hissənin tibb məntəqəsinə müraciət etdi. Elə o vaxtdan bəri bir neçə dəfə hərbi hissənin hospitalına göndərdilər. Orada dizini müayinə etmək üçün zəruri tibbi avadanlıq olmayıb. Vizual müayinə ilə “dizində heç nə yoxdur” deyib geri qaytardılar. Uzun dirənişdən sonra iyul ayın Rəhimi Bakıya, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirdilər. MRT-dən sonra stasionar müalicəyə ehtiyac olmadığı adı ilə geri göndərdilər. Biz MRT-nin nəticələrini tanıdığımız həkimlərə göstərdik. Onlar Rəhimin təcili əməliyyat olunmasının vacibliyini vurğuladılar.

Dizindəki ağrılar səngimədiyinə görə Rəhim yenə tibbi hissəyə müraciət etsə də, onu Baş Klinik Hospitala gətirmirlər. Bir dəfə də gətirmişdilər, ancaq sənədlərini düz yollamadıqları üçün müayinə olunmadan geri göndərdilər. Əgər dizi əməliyyat olunmasa, Rəhim gələcəkdə axsayacaq və bu problemi aradan qaldırmaq mümkün olmayacaq. Biz ona görə çox narahatıq.

Ailəmiz təzyiqlər altında yaşayır. Tofiq Yaqublunu həbs etdilər, ancaq ürəkləri soyumadı. İndi oğlunu şikəst qoymaq istəyirlər. Ya Rəhimi yenidən müayinədən keçirib əməliyyat eləsinlər, ya da imkan versinlər bizim öz tanıdığımız, güvəndiyimiz həkim onu əməliyyat eləsin”.

Avqustun 18-də Müdafiə Nazirliyindən Report.az-a bildiriblər ki, Rəhim Yaqublu hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyəsindən aldığı travma ilə bağlı 2020-ci ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda müayinə olunub, diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb, bununla belə, əsgər müayinə olunması üçün avqustun 19-da yenidən hərbi tibb müəssisəsinə göndəriləcək.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Tofiq Yaqublu 2013-2016-cı illərdə siyasi ittihamla həbsdə yatıb.

Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu bu il martın 22-də yenidən tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir.

Qızı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-2019-cu illərdə məhbus həyatı yaşayıb.

Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Fuad Əhmədli azadlığa çıxdı

  • 18 Avqust 2020
  • comments

Hasilat və ixracda azalma var

  • 18 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Ordu
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda