Dövlət Statistika Komitəsi 2020-ci il iyulun 1-nə Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqını 720 manat göstərib. Hesabata görə, orta maaş neft-qaz sektorunda 3571 manat, qeyri neft-qaz sektorunda 657,9 manat, dövlət müəssisələrində 627 manat, özəl müəssisələrdə 839,8 manat məbləğində rəsmiləşib.
Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri üzrə ən yüksək orta maaş mədən sənayesində qeydə alınıb – 3518,4 manat.
Qalan sahələrdə rəsmi orta maaş göstəriciləri belədir:
Maliyyə və sığorta fəaliyyəti – 1863,1 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1219,8 manat;
informasiya və rabitə – 1066,6 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 931,8 manat;
nəqliyyat və anbar təsərrüfatı – 892,5 manat;
tikinti – 808 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 694,7 manat;
emal sənayesi – 656,5 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 631,1 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 562,1 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 550,2 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 538,7 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 525,2 manat;
təhsil – 517,9 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 490 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 439,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 423,3 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 665,7 manat.
Azərbaycanda minimum əməkhaqqı 250 manatdır.