Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 34219 nəfərə çatıb. Nazirlər Kabineti yanında operativ qərargahın yeni hesabatına görə, onların 31875-i müalicə olunaraq sağalıb, 506-sı vəfat edib, 1838-i aktiv xəstədir.
Avqustun 16-da 112 nəfərin yoluxduğu, ölümün qeydə alınmadığı bildirilir.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də bəyan olunub, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 58 nəfər həyatını itirib.