Avqustun 13-də məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, Azərbaycanda daha 91 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 33915 nəfər göstərilir: onların 31269-u müalicə olunaraq sağalıb, 500-ü dünyasını dəyişib, 2146-sı aktiv xəstədir.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 52 nəfər həyatını itirib.