• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir əvəzi işçi qrup yaradıb

  • 11 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Anar Kərimov nazirlik sisteminin idarə edilməsini təkmilləşdirmək üzrə işçi qrup yaradıb. Avqustun 11-də yayılan rəsmi məlumatda bildirilir ki, yerli və xarici ekspertlərdən ibarət işçi qrup mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması kimi məsələlər üzrə təkliflər paketi hazırlayacaq.

Mədəniyyət naziri postu Əbülfəs Qarayev mayın 21-də işdən götürüləndən boşdur.

İyulun 20-də fərman imzalayan prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin əsasnaməsini yeniləyib, nazirin birinci müavinlərinin sayı birdən ikiyə çatdırılıb.

Dövlət başçısının eyni gündə verdiyi sərəncamlarla Anar Kərimov Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılaraq mədəniyyət nazirinin birinci müavini təyin edilib və ona nazirin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verilib.

Novator.az bildirir ki, Anar Kərimov 1977-ci ildə doğulub. Bakı Dövlət Universitetində Yaxın Şərq və şərqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi, Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. İraq, Misir, Avstriya, İtaliya, Polşa və başqa ölkələrdə diplomatik kurslarda iştirak edib.

2000-ci ildən Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində işçi, attaşe, üçüncü katib postlarını tutub. 2004-cü ildən Azərbaycanın Belçikadakı səfirliyinin və Avropa İttifaqında nümayəndəliyinin üçüncü və ikinci katibi olub. 2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb.

2010-cu ildən Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində xidmət edib, 2014-cü ilin may ayında daimi nümayəndə təyin olunub.

Mədəniyyət Nazirliyindəki həbslərlə bağlı rəsmi açıqlama

Əbülfəs Qarayev vəzifədən çıxarıldı

Mədəniyyət Nazirliyi ilə bağlı yeni qərarlar

Anar Kərimov vəzifə başında

Azərbaycan nefti neçəyədir?

  • 11 Avqust 2020
  • comments

Veteran məhbusun bir həftəsi qaldı

  • 11 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda