Azərbaycanda daha 84 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib. Avqustun 11-də belə məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 33731 nəfər göstərir: onların 495-i dünyasını dəyişib, 2380-i aktiv xəstədir.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb, martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 47 nəfər xəstəliyin qurbanı olub.