Nazirlər Kabineti yanında operativ qərargahın avqustun 8-də yaydığı məlumata görə, Azərbaycanda daha 105 nəfər koronavirus infeksiyasına yoluxub, 5 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 33 min 461 nəfər göstərilir: onların 488-i dünyasını dəyişib, 2937-si aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 40 xəstə həyatını itirib.