2020-ci ilin iyul ayında Azərbaycanda gündəlik xam neft hasilatı 554,1 min barrel olub. Energetika Nazirliyi belə hesabat yayıb.
Novator.az bildirir ki, yanvarda gündəlik 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel xam neft çıxarılıb.
Beynəlxalq razılaşmaya görə, 2020-ci ilin avqustundan Azərbaycanın gündəlik xam neft hasilatı 587 min barrel olmalıdır.
2020-ci ilin yenilənən dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan 35 dollara düşür.
Azərbaycan nefti “AzəriLayt”ın bir barreli yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36 dollarla başlayıb.