Avqustun 7-də rəsmi məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, Azərbaycanda daha 129 nəfər koronavirus infeksiyasına yoluxub, 4 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 33376 nəfər göstərilir: onların 483-ü dünyasını dəyişib, 3197-si aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 35 xəstə həyatını itirib.