• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantinlə bağlı yeni qərar

  • 07 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq edilən karantin rejiminə məsul olan Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində yumşalmaya qərar verib. Avqustun 10-dan fəaliyyətinə icazə verilən sahələrin siyahısına bunlar əlavə edilir:

– açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

– qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

– maşın və avadanlıqların istehsalı;

– elektrik avadanlıqlarının istehsalı;

– kompüter, elektron və optik məhsulların istehsalı;

– avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

– sair nəqliyyat vasitələrinin istehsalı;

– poliqrafiya məhsullarının istehsalı;

– zərgərlik məmulatlarının istehsalı;

– musiqi alətləri, idman mallarının istehsalı;

– geyim istehsalı;

– toxuculuq sənayesi;

– ayaqqabıların istehsalı;

– dəri və dəri məmulatlarının istehsalı;

– tütün məmulatlarının istehsalı;

– sair sənaye məhsullarının istehsalı.

Bu sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

– gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

– tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

– mühəndislik və layihələndirmə xidmətləri;

– qablaşdırma məhsullarının istehsalı;

– daş, metal və taxta məhsullarının istehsalı;

– mebel istehsalı və təmiri;

– zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri;

– tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

– onlayn satışlar;

– kimyəvi təmizləmə;

– mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi;

– avtomobillərin təmiri;

– avtomobil yuyulma məntəqələri;

– heyvan sığınacaqları;

– tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə bu şəxslərin giriş-çıxış məsələsi belə həyata keçirilir:

– yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Daxili İşlər Nazirliyinin 102 xidməti – zəng mərkəzi vasitəsilə alınan icazə əsasında;

– təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim arayışı əsasında;

– beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb.

Avqustun 7-nə olan rəsmi məlumatda yoluxanların ümumi sayı 33376 nəfər göstərilib: onların 483-ü dünyasını dəyişib, 3197-si aktiv xəstədir.

Avqustun 31-dək ölkə üzrə dövlət orqanlarında vətəndaşların yerində qəbuluna; kütləvi tədbirlərin, toy, nişan və bu kimi şənlik məclislərinin təşkilinə; əyləncə məkanlarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinə; dəfn istisna olmaqla yas mərasimlərinin təşkilinə; təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinə qadağa var.

Sərt rejimin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərində və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında iri ticarət mərkəzləri və ictimai iaşə obyektləri işləmir.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

Karantin uzadılır, yenə yasaqlar gəlir

Karantin yenilikləri

Yenə karantin, yeni karantin

Ən yeni karantin qadağaları

İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq mümkün olacaq

Cərimə artımları qüvvəyə mindi

Karantin sərtləşir və genişlənir

Davam edir… karantin

Qalan qadağalar

Yeni karantin qaydaları

Qalan karantin

Sumqayıta Pirşağı yolu: əlavə qatarlar buraxılır

  • 07 Avqust 2020
  • comments

Operativ qərargahın 8 avqust məlumatı

  • 08 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda