• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçiyə 15 sutka

  • 06 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

AXCP fəalı Cavid Əliyev 15 sutka inzibati həbs cəzası alıb. Partiyadan Novator.az-a verilən məlumata görə, cəbhəçi avqustun 5-i Gəncədə tutulub, həmin gün yerli məhkəmə onu polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib.

Hazırda partiyanın daha 15 üzvü inzibati həbsdədir. Onların 14-ü iyulun 14-15-i Bakıda keçirilmiş aksiyadan sonra tutulublar: Mahir Namazov, Nicat Abdullayev, Süleyman Məhərrəmov, Fərrux Əliyev, Elxan Nuriyev, Elnur Həsənov, Rəşid Turabov, Elnur Yusubov, Sarvan Cumayev, Babək Muradov, Elnur Quliyev, Yaşar Kərimov, Emin Fərhadov və Feyruz Rəhimova 30 sutka kəsilib.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.

Bununla bağlı cinayət işini Baş Prokurorluğun İstintaq İdarəsi aparır. Barəsində həbs qətimkan tədbiri seçilənlərin 14-ü AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarlı, Müşfiq Quliyev.

Onlar zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.

AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə alınaraq polisin nəzarətinə verilib.

Fuad Qəhrəmanlıya və Məmməd İbrahimə həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.

İyulun 14-15-i Bakıda keçirilən aksiyaya qatılan cəbhəçi Məhəmməd İmanlı və Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da tutulublar. Onlara epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması (xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) ittihamı verilib. İddiaya görə, onlar koronavirus xəstəsi ola-ola yaşayış yerlərini tərk edərək ictimaiyyət arasına çıxıblar.

Mehdi İbrahimov AXCP üzvü deyil.

2020-ci ilin mart-iyul aylarında daha 20 AXCP üzvü müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb. Novator.az bildirir ki, hazırda onların biri inzibati cəza çəkir: iyulun 13-də tutulan Arif Paşayevə 30 sutka həbs cəzası verilib.

AXCP fəallarının yeni həbs dalğası martın 22-dən başlayıb.

Faiq Əmirli və Ruslan Əmirov iki dəfə cəza alıb, hər biri üst-üstə 45 sutka (əvvəl 30, sonra 15 sutka) yatıb.

Anar Məlikov, Faiq Rəşidov 10 sutka, Şəmsi Kəsəmənli, Elvin Bəhrəmov 15 sutka, Vüqar Əbilov 20 sutka, Sərdar Qubadsoy 25 sutka, Nicat Abdullayev, Baba Süleyman, İslam İslamzadə, Əvəz Əhmədov, Arif Babayev, Elvin Məmmədov, Ramid Nağıyev, Əliağa Məmmədov (Əli İmanxanlı), Elxan Əliyev və Qaçay Qafarov 15 sutka 30 sutka həbsdə olublar.

Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bu il daha üç cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub.

Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittiham ilə cinayət işi açılıb. Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

13 aprel 2020-ci ildə jurnalist Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Mayın 16-da tutulan, iyulun 20-də ev dustaqlığına buraxılan Səid Məmmədzadə silahdan istifadə etməklə xuliqanlıqda ittiham olunur.

Bakıda aksiya

Aksiyaya müdaxilə

Aksiya ilə bağlı cinayət işi açılıb

Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz

İki cəbhəçi, üç maddə

Cəbhə: buraxılan və tutulanlar var

Aksiya məhbuslarının sayı artdı

Maddələr nə cəza göstərir?

Cəbhəçinin oğluna koronavirus işi açılıb

Cinayət işləri, inzibati cəzalar, naməlumlar

Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs

Telman Seyfullayevin yoldaşı ağır xəstədir

Fuad Qəhrəmanlı da həbs edildi

Məmməd İbrahim və daha iki cəbhəçi tutulub

Məmməd İbrahimə ittiham

Məhbus cəbhəçinin gileyi

4 maddə, 4 aylıq həbs

AXCP xətti

İnzibati həbsdə neçə cəbhəçi var?

İnzibati həbslər, cinayət işləri

Reportyorlar (85)

  • 06 Avqust 2020
  • comments

Bakı-Xırdalan-Sumqayıt qatarı 3 aylıq dayanır

  • 06 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda