Bakı-Xırdalan-Sumqayıt qatarı 3 aylıq dayanır
- 06 Avqust 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının hərəkəti müvəqqəti dayanır. Novator.az bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti belə məlumat yayıb.
Rəsmi açıqlamaya görə, Bakı-Sumqayıt avtomobil yolu genişləndirilir, Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülərək yenidən tikiləcək, bu səbəbdən Bakı-Xırdalan-Sumqayıt elektrik qatarı avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya oradan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt elektrik qatarından istifadə edə biləcək.