Nazirlər Kabineti yanında operativ qərargahın 6 avqust məlumatına görə, Azərbaycanda 144 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 33247 nəfər göstərilir: onların 479-u dünyasını dəyişib, 3493-ü aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 712 mindən çox adamın ölümünə gətirib.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk ölüm martın 12-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 31 nəfər koronavirusun qurbanı olub.