• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni karantin qaydaları

  • 03 Avqust 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti avqustun 3-də ölkədə koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edib.

Novator.az xəbər verir ki, ölkədə xüsusi karantin rejimi avqustun 31-dək qüvvədə qalır.

13 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) sərt rejim tətbiq olunur.

Sərt karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, İcaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi avqustun 5-dən ləğv olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin karantin rejiminin tələblərinə uyğun müəyyən etdiyi qaydalar çərçivəsində ölkədə çimərliklərin istifadəsinə icazə verilir.

Sərt rejimin tətbiq olunduğu 13 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) bu məhdudiyyətlər qüvvədədir:

  • həftəsonu (8-10 avqust, 15-17 avqust, 22-24 avqust, 29-31 avqust) bütün ictimai nəqliyyatın hərəkəti;
  • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti;
  • ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
  • muzey və sərgi zallarının fəaliyyəti;
  • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
  • açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlər.

Eyni zamanda Nazirlər Kabiteninin 19 iyun 2020-ci il qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.

Avqustun 31-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bu məhdudiyyətlər qüvvədədir:

  • ölkə ərazisinə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla);
  • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla);
  • ASAN Xidmət və DOST Xidmət mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
  • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
  • iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;
  • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
  • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
  • mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
  • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
  • toy məclislərinin təşkilinin qadağan olunması;
  • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
  • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
  • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
  • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
  • tibb müəssisələrində müalicə alan şəxslərin ziyarətinin qadağan edilməsi;
  • masaj və hamam xidmətlərinin göstərilməsi.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni koronavirus infeksiyası 191 ölkə, ərazi və məkanda 693 mindən çox adamın ölümünə gətirib.

Azərbaycanda ilk yoluxma fevralın 28-də bilinib. Avqustun 3-nə yoluxanların ümumi sayı 32 min 684 nəfər göstərilib: onların 27 min 760-ı müalicə olunaraq sağalıb, 468-i dünyasını dəyişib, 4456-sı aktiv xəstədir.

Ölkə itki sayına görə 60-cı sırada yer alır: martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustun ilk üç günündə 20 nəfər koronavirusun qurbanı olub.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

Karantin uzadılır, yenə yasaqlar gəlir

Karantin yenilikləri

Yenə karantin, yeni karantin

Ən yeni karantin qadağaları

İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq mümkün olacaq

Cərimə artımları qüvvəyə mindi

Karantin sərtləşir və genişlənir

Davam edir… karantin

Qalan qadağalar

Məhəbbət nağılı (7)

  • 03 Avqust 2020
  • comments

Məhbus şər-böhtana məruz qaldığını bildirir

  • 03 Avqust 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Ekologiya
  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda