2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni koronavirus infeksiyası 191 ölkə, ərazi və məkanda 693 mindən çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, ən çox itki ABŞ-da rəsmiləşib:158 min 365 nəfər.
Braziliyada 94 min 130, Meksikada 47 min 746 koronavirus xəstəsi vəfat edib.
İlk onluqda həmçinin Böyük Britaniya (46 min 201 itki), Hindistan (38 min 201), İtaliya (35 min 154), Fransa (30 min 265), İspaniya (28 min 445), Peru (19 min 614), İran (17 min 190) var.
Çin 4634 ölümlə 191 ölkə, ərazi və məkan arasında 26-cı sırada durur.
Rusiyada 14 min 207 ölüm qeydə alınıb.
Türkiyə 5728, Ukrayna 1738, Qırğızıstan 1420, Qazaxıstan 793, Moldova 792, Ermənistan 762, Belarus 567, Özbəkistan 155, Litva 80, Estoniya 63, Tacikistan 61, Latviya 32, Gürcüstan 17 itki verib.
Azərbaycanda ilk yoluxma fevralın 28-də bilinib. Avqustun 2-nə yoluxanların ümumi sayı 32 min 443 nəfər göstərilib: onların 27 min 113-ü müalicə olunaraq sağalıb, 462-si dünyasını dəyişib, 4868-i aktiv xəstədir.
Ölkə itki sayına görə 60-cı sırada yer alır: martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 14 nəfər koronavirusun qurbanı olub.