Nazirlər Kabineti yanında operativ qərargahın 2 avqust məlumatına görə, Azərbaycanda daha 286 nəfər koronavirus infeksiyasına yoluxub, 639 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 8 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 32443 nəfər göstərilir: onların 27113-ü müalicə olunaraq sağalıb, 462-si dünyasını dəyişib, 4868-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 14 nəfər koronavirusun qurbanı olub.