Nazirlər Kabineti yanında operativ qərargahın 31 iyul məlumatına görə, Azərbaycanda daha 318 nəfər koronavirus infeksiyasına yoluxub, 7 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 31878 nəfər göstərilir: onların 448-i dünyasını dəyişib, 5548-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, ay ümumilikdə 3 yoluxma ilə bitib.
Novator.az bildirir ki, martda 295 yoluxma, 5 ölüm rəsmiləşib.
Digər ayların göstəriciləri belədir:
aprel – 1506 yoluxma, 19 ölüm;
may – 3690 yoluxma, 39 ölüm;
iyun – 12030 yoluxma, 150 ölüm;
iyul – 14354 yoluxma, 235 ölüm.