Nazirlər Kabineti yanında operativ qərargahın 24 iyul məlumatına görə, Azərbaycanda daha 332 nəfər koronavirus infeksiyasına yoluxub, 9 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 29312 nəfər göstərilir: onların 400-ü dünyasını dəyişib, 7365-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 637 mindən çox adamın ölümünə səbəb olub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 187 xəstə həyatını itirib.