Azərbaycanda daha 347 nəfər koronavirus infeksiyasına yoluxub, 531 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 6 xəstə vəfat edib. Məlumatı iyulun 23-də Nazirlər Kabineti yanında operativ qərargah yayıb.
Rəsmi hesabata görə, ümumilikdə 28980 yoluxma müəyyən edilib: 20974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər dünyasını dəyişib, 7615 nəfər xəstəxanalardadır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən, 631 mindən çox adamın ölümünə səbəb olan koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 178 xəstə həyatını itirib.