Azərbaycanda daha 352 nəfər koronavirus infeksiyasına yoluxub, 13 xəstə vəfat edib. İyulun 21-də belə məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 28242 nəfər göstərir: onların 376-sı dünyasını dəyişib, 7927-si aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 615 mindən çox adamın ölümünə səbəb olub.
Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 163 nəfər koronavirusun qurbanı olub.