• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qalan qadağalar

  • 20 İyul 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İyulun 20-də Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı yeni qərarları qüvvəyə minib. Novator.az-ın məlumatına görə, avqustun 31-dək ölkə üzrə bu qadağalar qalır:

– ölkə ərazisinə giriş-çıxış;

– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış;

– təhsil müəssisələrinin fəaliyyəti (imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;

– dəfn istisna olmaqla yas mərasimləri;

– bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının keçirilməsi istisna olmaqla);

– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlər;

– qrup halında fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət);

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi;

– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;

– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;

– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

– masaj və hamam xidmətlərinin göstərilməsi.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində avqustun 5-dək həmçinin nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti; ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; muzey və sərgi zallarının fəaliyyəti; açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi; ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi yasaqdır.

Vətəndaşların böyük əksəriyyəti evdən SMS-lə icazə alıb çıxa bilər. Tibbi zərurət, bazarlıq, xidmətlərdən istifadə, açıq havada vaxtın keçirilməsi üçün icazə 3 saatlıq verilir.

Yaxın qohumun dəfnində iştirak üçün isə Daxili İşlər Nazirliyinin 102 xidmətindən icazə almaq gərəkdir.

Xüsusi karantin rejimi martın 31-dən, koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunur.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 609 mindən çox adamın ölümünə səbəb olub.

Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Rəsmi hesabata görə, ölkədə ümumən 27521 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onların 18967-si müalicə olunaraq sağalıb, 354-ü dünyasını dəyişib, 8200-ü xəstəxanalardadır.

Karantin rejiminin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimələnir.

Bu pozuntular bir ayadək müddətə inzibati həbs cəzası da nəzərdə tutur.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 200 manat məbləğində, hüquqi şəxslərə 400 manat məbləğində cərimə tətbiq edilir.

Xətanı inzibati tənbeh almış şəxsin təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 400 manat məbləğində, hüquqi şəxslərə 800 manat məbləğində cərimə düşür.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

Karantin uzadılır, yenə yasaqlar gəlir

Karantin yenilikləri

Yenə karantin, yeni karantin

Ən yeni karantin qadağaları

İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq mümkün olacaq

Cərimə artımları qüvvəyə mindi

Karantin sərtləşir və genişlənir

Davam edir… karantin

 

Mərhələlər, klublar

  • 20 İyul 2020
  • comments

Vergi güzəştlərinin detalları

  • 20 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda