• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

35 bölgə, 50 xəstəxana…

  • 16 İyul 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 15 iyul iclasında koronavirus epidemiyası ilə bağlı vəziyyətdən danışıb: “Koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alırlar. Qısa müddətdə modul tipli xəstəxanalar istifadəyə verilib. Əlavə olaraq son günlər koronavirusla mübarizəyə ambulator tipli müəssisələr də cəlb olunub. Onların 40-ı Bakıda simptomsuz yoluxmuş şəxslərə evdə xidmət göstərmək üçün ayrılıb. Hazırda xəstəliyin müalicəsi üçün ayrılmış çarpayıların ümumi sayı 10 mindən artıqdır və bu istiqamətdə işlər aparılır.

Qısa müddətdə ölkəyə 300-dən artıq süni tənəffüs aparatı gətirilib, xəstəxanalara verilib. Ən müasir ECMO cihazlarının sayı artırılıb. Təcili tibbi yardımın xidmətlərinə müraciətlərin sayının artması səbəbindən 84 avtomobil gətirilərək tibb müəssisələrinə paylanıb. İyul-avqust aylarında əlavə olaraq 100 təcili yardım avtomobili gətiriləcək.

Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onların gün ərzində minə yaxın test aparmağa imkanı var idi. Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək.

Qısa müddət ərzində Azərbaycana 50 milyondan artıq maska idxal olunub. Yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir.

Türkiyə, Rusiya və Kubadan olan tibb mütəxəssislərindən ibarət heyətin Azərbaycana gətirilməsi və xəstəxanalarda bizim həkimlərlə birgə işləməsi təşkil olunub. Həmçinin Çin Xalq Respublikası hökuməti ilə aparılmış danışıqlara və müraciətimizə müvafiq olaraq Çinin bu sahədə ixtisaslaşmış həkimləri və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə pandemiya ilə mübarizəyə və bizim həkimlərlə təcrübə mübadiləsinə cəlb ediləcək”.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 587 minə yaxın adamın ölümünə səbəb olub. Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Baş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti yanında operativ qərargah iyulun 15-də yoluxanların sayını 25673 nəfər, infeksiyadan ölənlərin sayını 326 nəfər, aktiv xəstələrin sayını 8651 nəfər göstərib.

Tovuz istiqamətində yenə döyüş gedir

  • 16 İyul 2020
  • comments

Yarım ilin xarici ticarəti

  • 16 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda