Nazirlər Kabineti yanında operativ qərargahın 13 iyul məlumatına görə, Azərbaycanda daha 529 nəfər koronavirus infeksiyasına yoluxub, 7 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 24570 nəfər göstərilir: onların 313-ü dünyasını dəyişib, 8617-si aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan yeni koronavirus infeksiyası 572 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 100 nəfər koronavirusun qurbanı olub.
Ölkədə xüsusi karantin rejimi var. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində evdən çıxmaq icazə əsasında mümkündür.