• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xətalı işdə söz sahibləri

  • 06 İyul 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İnzibati xəta işlərinə hansı qurumların vəzifəli şəxsləri baxır? Novator.az qüvvədə olan rəsmi siyahıya nəzər salıb.

İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Dövlət qulluğu qanunvericiliyinin şamil edildiyi mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları adından bu vəzifələri tutan şəxslər inzibati xətalar haqqında işlərə baxa bilər:

dövlət orqanının rəhbəri;

dövlət orqanı rəhbərinin müavini;

dövlət orqanı aparatının rəhbəri;

dövlət orqanı aparatının rəhbərinin müavini;

dövlət orqanı aparatında şöbə müdiri;

dövlət orqanı aparatında şöbə müdirinin müavini;

dövlət orqanı aparatında sektor müdiri;

baş məsləhətçi;

böyük məsləhətçi.

Mərkəzi icra hakimiyyəti orqanları yanında dövlət agentlikləri və xidmətlərinin rəhbərlərinin, onların müavinlərinin, şöbə müdirlərinin (müdir müavinlərinin), sektor müdirlərinin, həmin dövlət agentlikləri və xidmətlərinin yerli bölmələrinin rəhbərlərinin, onların müavinlərinin; mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərlərinin, onların müavinlərinin, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin, onların müavinlərinin, həmin orqanların yerli bölmələrinin rəhbərlərinin, onların müavinlərinin də inzibati xəta işlərinə baxmaq səlahiyyəti var.

İnzibati xətalar haqqında işlərə həmçinin bu qurumların adından baxılır:

Daxili İşlər Nazirliyi;

Ədliyyə Nazirliyi;

Fövqəladə Hallar Nazirliyi;

Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi;

Dövlət Gömrük Komitəsi;

Dövlət Miqrasiya Xidməti;

Dövlət Sərhəd Xidməti;

Dövlət Təhlükəsizliyi Xidməti;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

Milli Televiziya və Radio Şurası;

Mərkəzi Bank;

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi;

Bakı Nəqliyyat Agentliyi;

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi;

Maliyyə Monitorinqi Xidməti.

Prezidentin 23 fevral 2017-ci il fərmanı ilə təsdiqlənən, sonradan dəfələrlə yenilənən siyahıda Maliyyə Bazarlarına Nəzarət Palatasının da adı yer alır. Bu qurum 2016-cı il 3 fevralın 3-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulmuş, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulmuşdu.

2019-cu il noyabrın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və səlahiyyətləri, əmlakı Mərkəzi Banka verilib.

Məhəbbət nağılı (3)

  • 06 İyul 2020
  • comments

Çempionlar Liqası: yenilənmiş siyahı

  • 06 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda